IQNA

Sionist rejimə qarşı ictimai nifrət, möhtəşəm bəraət (nifrət bildirmə) Həccinə zəmin yaradır

13:31 - May 16, 2024
Xəbər sayı: 3495956
İQNA - İranın Meksika və Avstraliyadakı keçmiş səfiri builki Həcc ziyarətində sionist rejimin cinayətlərinə qarşı ikrah və nifrət ifadə edərək, böyük institusional nifrət nümayiş etdirilməsinə toxunaraq dedi: "Builki Həcc ziyarətində keçmişdə Amerikadan güclü şəkildə asılı olan və müşriklərdən bəraət etmək (nifrət bildirmək) fəryadının qarşısını almağa çalışan hökumətlər və dövlətlər bu məsələdən müəyyən qədər geri çəkilmiş və bu mərasimin möhtəşəm keçirilməsi üçün zəmin hazırdır".

Strateji idarəetmə üzrə yüksək səviyyəli ekspert, İranın Avstraliya və Meksikadakı keçmiş səfiri Məhəmməd Həssən Qadiri Əbyanə "İQNA"-ya müsahibəsində builki Həcc ziyarəti, Ali Məqamlı Rəhbərin sionist rejimin döyüş hərəkətlərinə uyğun olaraq onu "Bəraət Həcci" adlandırdığını nəzərə alsaq, İslam dünyasının Fələstinə dəstək verməsi və sionistlərə öz müxalifliyini bəyan etməsi üçün nə qədər böyük fürsət ola bilər? Sualının cavabında dedi: Həcc mövsümü elə bir fürsətdir ki, hər il müxtəlif ölkələrdən olan müsəlmanlar müəyyən günlərdə bir vacib vəzifəni yerinə yetirmək üçün toplaşırlar.

O, həccin Allahın əmrləri ilə və xüsusi şərtlərlə həyata keçirilən bir əməl olduğunu vurğulayaraq, sözünə belə davam etdi: "Bunların arasında müşriklərdən bəraət (nifrət etmək) məsələsi Həcc ziyarətində son dərəcə əhəmiyyətlidir. Onun müasir dövrdəki bariz nümunəsi Amerika, sionist rejim və İslam düşmənləridir. Çünki bu baxış digər ölkələrin zəvvarları arasında yayılır, ona görə də bu maarifləndirmə üçün lazımi tədbirlər görülməlidir".

Qadiri Əbyanə bildirib: "Bu mərifətdən təsirlənən zəvvarlar Həcc mərasimindən qayıtdıqdan sonra öz ölkələrində bu yolla getməli və müşriklərdən bəraət (nifrət bildirmə) mesajını digər müsəlmanlara çatdırmalıdırlar ki, bu da ardıcıl strategiya və təşkilatlanma tələb edir".

İctimai rəyin sionist rejimin hərəkətlərinə səfərbər edilməsi

Strateji idarəçilik üzrə bu baş mütəxəssis sözünə belə davam edib: "Builki Həcc ziyarətinin əvvəlki illərdən fərqi ondan ibarətdir ki, biz sionist rejimin Fələstin və Qəzzə xalqına qarşı ən çox cinayət, soyqırım və müharibə hərəkətləri törətdiyi günləri yaşayırıq. Beləcə təxminən səkkiz ay sonra dünya ictimaiyyəti bu rejimə qarşı səfərbər oldu".

4215537

captcha