IQNA

İran sionist rejimin Rəfahdakı çadır düşərgəsinə hücumunu pisləyib

10:08 - May 28, 2024
Xəbər sayı: 3496035
İQNA – İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani sionist rejimin Rəfahdakı çadır düşərgəsinə hücumunu kəskin şəkildə pisləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sosial şəbəkədəki X paylaşımında sionist rejimin Rəfahdakı çadır düşərgəsinə hücumunu kəskin şəkildə pisləyib.

Kənaninin paylaşımında deyilir: "Bir gün humanitar yardımın gəlməsini gözləyən köçkünlərin sıralarını bombalayan, ertəsi gün xəstəxanaları yerlə-yeksan edən İsrail rejimi, bu dəfə də çadırlara hücum edərək dinc əhaliyə, xüsusən də qadınlara və uşaqlara qarşı növbəti dəhşətli qətliam törətməsi təəccüblü deyil."

Kənani yazısına belə davam edərək, "Bu vəhşi qətl hərbi cinayətin bariz nümunəsidir və Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) müvəqqəti qərarının açıq şəkildə pozulmasıdır" dedi.

Kənaninin paylaşımında həmçinin “Uşaq öldürən sionist rejim qalmaqallı məğlubiyyətlərə məruz qaldıqda fələstinli mülki vətəndaşlara qarşı dəlicəsinə müharibə cinayətləri törədir” ifadəsi də yer alıb.

captcha