IQNA

Şeyx Rəşid Ali-Məktum Quran müsabiqəsi xüsusi olaraq gənclər üçün təşkil olunub

10:43 - May 29, 2024
Xəbər sayı: 3496042
İQNA – Gənclər üçün ən gözəl tərtil kateqoriyası olan 17-ci Şeyx Rəşid Ali-Məktum Quran Müsabiqəsi İran, Banqladeş, Hindistan və digər ölkələrdən olan yarışmacıların iştirakı ilə Dubayda keçirilib.

"İQNA", "Əl-Xəlic" saytına istinadən xəbər verir ki, yarışmanın ikinci günü Dubayın Məmzar bölgəsindən 10 iştirakçı, bir çox təşkilat komitəsi üzvləri, hakimlər və ailə üzvlərinin iştirakı ilə tərtil kateqoriyasında keçirilib.

Bu bölmədə İran, Banqladeş, BƏƏ, Hindistan, Mərakeş, Efiopiya və Qanadan olan iştirakçılar münsiflər heyəti qarşısında öz qiraətlərini ifa ediblər.

Hakimlər komitəsinin üzvlərindən Əbdüləziz Əl-Həsani yarışmanın yüksək səviyyədə keçdiyini, təcvid qaydaları üzrə iştirakçıların gözəl səslərinin və istedadının təqdirəlayiq olduğunu bildirib.

Əl-Həsani müxtəlif müsabiqələrdə on dəfədən artıq münsiflər heyəti üzvü olduğunu da bildirərək, bu yarışlarda qalib gələnlərin müəzzin, qari və imam camaat kimi xalqa xidmət edəcəklərini bildirib.

4218681

captcha