"İQNA", "Əl-Aləm"-ə istinadən xəbər verir ki, bir müddət əvvəl sosial şəbəkələrdə yayılan videoda bir qadının işğal olunmuş ərazilərin cənubunda yerləşən Yaffa şəhərindəki məscidə uyğun olmayan geyimlə daxil olduğu görünür.
Operator ona xəbərdarlıq edir ki, kişilər bölməsinə girib minbərdə otura bilməz və oradan çıxmasinı isətəsə də, turistin imtinası ilə üzləşir.
Operator onu da qeyd edir ki, bir fincan qəhvə bu şəxs tərəfindən məscidin döşəməsinə tökülüb.
İbadət edənlərin etirazından sonra sionist rejim polisi işə qarışsa da, turist yenə də müqavimət göstərərək onlardan qaçmaq istəyib. Hamını hədələyib ki, bunun əvəzini ödəyəcəklər.
Məscidin imamı bəyanat yayaraq elan etdi: "Biz bu hərəkəti pisləyirik, lakin bu qadının hərəkəti dini və ya qəbilə problemi ilə bağlı deyildi, ancaq ruhi xəstəlikdən əziyyət çəkirdi və bu səbəbdən xəstəxanaya aparıldı".
4222557