IQNA

Fələstinli azarkeşlər İspaniyanın AVRO 2024 çempionluğuna seviniblər

9:33 - July 18, 2024
Xəbər sayı: 3496358
İQNA - İspaniya milli futbol komandası Avro-2024 çempionluğunu qazandıqdan sonra Fələstin tərəfdarları sosial şəbəkələrdə sevinclərini ifadə ediblər.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, İspaniya rəsmiləri İsrailin Qəzzada törətdiyi cinayətləri pisləyib və Fələstin dövlətini rəsmən tanıyıb.
İspaniya millisinin Avropa turnirinin finalında İngiltərə millisi üzərində qələbəsi sosial şəbəkələrdə Fələstin davasının tərəfdarları arasında sevinc dalğası yaradıb.
Onlar İspaniya hakimiyyətinin fələstinlilərin hüquqlarını dəstəkləmək mövqeyini yüksək qiymətləndiriblər. Onlar İspaniya yığmasının qələbəsini bayram ediblər.
Bir istifadəçi yazıb: "Oyunu bütün fələstinlilərin İspaniyanı dəstəklədiyi Şərqi Qüdsdə izləyirəm".
Bundan əlavə, sosial şəbəkə fəalları Madriddə keçirilən çempionat şənliklərində Fələstin bayrağının dalğalandığını bildiriblər.
Mayın sonunda İspaniya, Cənubi İrlandiya və Norveç tərəfindən Fələstin dövlətinin tanınması işğalçı rejimi qəzəbləndirən qərar idi. İsrail bunu Fələstin İslami Müqavimət Hərəkatı olan Həmas üçün mükafat kimi qiymətləndirib.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez irlandiyalı və norveçli həmkarları ilə birlikdə Brüsseldə "Fələstin dövlətinin tanınması onun xalqı üçün ədaləti təmin etmək üçün edilib" deyib.
İspaniyanın Baş naziri Pedro Sançes Fələstinin rəsmi tanınmasını yeganə məqsədi sülhün təmin edilməsinə kömək etmək olan tarixi qərar kimi qiymətləndirib.
Ötən həftə Sançes həmçinin Qərb ölkələrini Ukrayna və Qəzzada baş verən iki müharibə ilə bağlı “ikili standartlar” siyasətindən əl çəkməyə çağırıb.
Fələstin dövlətinin rəsmən tanınması qərarı İsrail və İspaniya arasında münasibətlərdə gərginliyə səbəb olub.
Mayın sonunda İspaniyanın müdafiə naziri Marqarita Robles Qəzza zolağında davam edən müharibəni əsl soyqırım kimi qiymətləndirib.
4226853

captcha