IQNA

İsrailin Fələstin ərazisində mövcudluğunun qeyri-qanuni olduğuna qərar verilib

9:55 - July 22, 2024
Xəbər sayı: 3496380
İQNA - İngiltərə Müsəlmanları Şurası, Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Fələstin ərazilərində məskunlaşma siyasəti və təbii sərvətlərdən istifadə etməsinin beynəlxalq hüququn pozulması olduğunu müəyyən edən qərarını alqışlayıb.

Britaniya Müsəlman Şurasının (MCB) informasiya mərkəzinin verdiyi məlumata görə, bu qərar Beynəlxalq Ədalət Məhkəməsinin 52 ölkə və beynəlxalq təşkilatın təqdim etdiyi iddiaların əsaslı olduğunu təsdiqlədikdən sonra qəbul edilib.
Bəyannamədə qeyd olunurdu ki, rejim, 4-cü Cenevrə Konvensiyasının işğalçı dövlət olaraq mülki əhalinin bir hissəsinin deportasiyasını və ya işğal olunmuş ərazilərə köçürülməsini qadağan edən 49-cu maddəsinin altıncı bəndini pozub.
Şura, Britaniya hökumətindən və beynəlxalq ictimaiyyətdən Beynəlxalq Ədalət Məhkəməsinin bütün ölkələrdən Fələstin ərazilərində İsrail rejiminə yardım etməməyi tələb edən qərarına uyğun hərəkət etmələrini istəyib.
Ölkələr həmçinin məskunlaşmanın genişləndirilməsini dayandırması və qeyri-qanuni işğala son qoyması üçün İsrailə təzyiq göstərməyə davam etməlidir.
Beynəlxalq Ədalət Məhkəməsi bəyan edib ki, İsrailin Fələstin torpaqlarında məskunlaşdırma siyasəti və təbii sərvətlərdən istifadə etməsi beynəlxalq hüququn pozulmasıdır.
Məhkəmə həmçinin İsrailin İordan çayının qərb sahilində 24 min evdən ibarət yeni məskənlərin tikintisini sürətləndirdiyinə diqqət çəkib və İsrailin bütün yeni məskunlaşma fəaliyyətlərini dayandırması lazım olduğunu vurğulayıb.
Məhkəmə həmçinin bildirib ki, İsrailin İordan çayının qərb sahili və Qüds üzərində nəzarətini genişləndirməkdə haqlı olduğuna əmin deyil.
İsrailin Cenevrə Konvensiyasının 53 və 64-cü maddələrini pozaraq işğalçı dövlət kimi səlahiyyətlərini tətbiq etdiyi vurğulanıb.
4227547

captcha