IQNA

Əlcəzairli qadının Tanzaniya beynəlxalq Quran hifzi müsabiqəsində uğuru

12:41 - September 04, 2024
Xəbər sayı: 3496626
İQNA – Əlcəzairli Quran hafizi qadın Tanzaniyada keçirilən beynəlxalq Quran hifzi müsabiqəsində birinci olub.

"İQNA", "Əş-Şuruq" saytına istinadən xəbər verir ki, Əlcəzairin Dini İşlər və Vəqflər Nazirliyi beynəlxalq Quran yarışmasında Əlcəzairi təmsil edən Əminə Yəhləfin birinci yeri qazandığını açıqlayıb.
Əlcəzair təmsilçisi mükafatını avqustun 31-i şənbə günü Tanzaniya prezidentinin əlindən alıb.
Tanzaniyanın Darus-Salam şəhərində Qadınların Beynəlxalq Qurani-Kərim müsabiqəsi Dünya Müsəlmanları Birliyi tərəfindən bu ölkənin Müsəlmanları Ali Şurası ilə birgə təşkil olunub.
Müsabiqə Quran hifzi bölmələri üzrə iyunun 1-dən 30-a kimi keçirilib və hər bölmədə ilk üçlük mükafatlandırılıb.
Əlcəzairin Dini İşlər və Vəqflər Naziri Yusif Bülmehdi, Əminə Yəhləfini uğuruna görə təbrik edib.
4234598

captcha