
"İQNA", "Əş-Şuruq" saytına istinadən xəbər verir ki, yaşının çox olmasına baxmayaraq universitet təhsilini başa vurub bakalavr dərəcəsi almağı bacaran Rabia Firaq illərdir xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra dünyasını dəyişib.
Müstəmləkə dövründə məktəbə gedə bilməyən əlcəzairli qadınlar altmış yaşında savad kurslarında təhsilə başlamış, yetmişin əvvəllərində orta məktəbi bitirdikdən sonra universitetə daxil ola bilmişlər.
O, Qurani-Kərimi əzbərləmək arzusunu 75 yaşında həyata keçirib və Vəhy kəlamının 15 surəsini əzbərləməyə nail olub.
Rabia Firaq 70 yaşında xərçəng xəstəliyinə tutuldu, o, İspaniyada xəstəxanada müalicə alarkən Quranı əzbərləməyi bacarıb.
Əlcəzairli qadın öz qətiyyəti və istəyi ilə hər cür çətinliklə üzləşmiş və Quranı əzbərləməklə arzusunu həyata keçirmiş, hətta İspaniya xəstəxanasında müalicə olunduğu müddətdə ispan dilini yaxşı öyrənməyə nail olmuşdur.
4237393