"Bayan-qeyt"in verdiyi xəbərə görə, “Şahtar Donesk” klubunun rəsmi “Facebook” səhifəsində 22 yaşlı futbolçu Alaa Qramın Quran oxuyarkən çəkdirdiyi fotolar dərc olunub. Qısa müddətdə 20 mindən çox bəyənmə toplayıb.
Bu fotolar tunisli futbolçunun “Şahtar Donesk” komandası Çempionlar Liqasında “Arsenal”la oyuna çıxmaq üçün Londona gedərkən çəkilib.
Şəkillər çərşənbə axşamı, noyabrın 1-də Şahtar Donesk komandasının Avropa Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Arsenal”la qarşılaşacağı zaman yayımlanıb.
Alaa Qram, Ukrayna Premyer Liqasının “Şahtar Donesk” klubunda və Tunis millisində mərkəz müdafiəçisi kimi çıxış edən tunisli peşəkar futbolçudur.
4243707