IQNA

Quran təlimlərinə əsaslanan həyat tərzi müsəlmanların Quran kimliyini gücləndirəcək

10:33 - November 05, 2024
Xəbər sayı: 3497001
İQNA – Quran təlimlərinə əsaslanan ictimai həyat tərzi bəşəriyyəti qeyri-müəyyənlik zülmətindən nura çıxaracaq.

İslam Mədəniyyəti və Münasibətləri Təşkilatının (İƏT) Beynəlxalq Quran və Təbliğ Mərkəzinin prezidenti Höccətül-İslam Seyid Mustafa Hüseyni Nişaburi İndoneziyada Risalətullah Darul Quran Mərkəzinin açılışı münasibətilə İQNA-ya danışıb:
Höccətül İslam Nişaburi Qurani-Kərimin yaradılışın yeganə şah əsəri və yaradılışın ən böyük xəzinəsi olduğunu, bütün məxluqatın öz daxilindəki ahəngini ortaya qoyan, bəşəriyyəti nura çıxaran və onun nicatına yol göstərən olduğunu bildirib.
O, həmçinin əlavə edib ki, Quran bəşəriyyəti ilahi dəyərlərə və meyarlara uyğun yaşamağa dəvət edir və Quran təlimləri ilə tanış olmaqla şübhə və qeyri-müəyyənliklərin zülmətindən nura çatmaq olar.
Sözlərinin başqa bir hissəsində Höcətul-İslam Hüseyni Nişaburi vəhdətin Quranda qeyd olunan müsəlman ümmətinin xüsusiyyətlərindən biri olduğunu bildirərək, İslam birliyinin sadəcə dini bir əmr olmadığını, aydın və rasional bir zərurət olduğunu bildirib.
O, “Ali İmran” surəsinin 103-cü ayəsini xatırladıb: “Hamınız Allahın ipindən möhkəm yapışın! Bölünmə və parçalanma. Allahın sizə olan nemətini xatırlayın. Bir-birinizə düşmən olduğunuz zaman Allah sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz odlu bir quyunun kənarında ikən Allah sizi oradan xilas etdi. Allah Öz ayələrini sizə belə izah edir ki, bəlkə doğru yolu tapasınız”.
Hüseyn Nişaburi müsəlman ümmətinin Qurani-Kərimə əsaslanan parlaq mədəni həyata malik olduğunu və İslam ümmətinin Quran kimliyinin güclənməsinin ancaq Quran təlimlərinə əsaslanan ictimai həyat anlayışının mənimsənilməsi ilə mümkün olacağını bildirib.
4245917

captcha