IQNA

Ayətullah Sistani beynəlxalq ictimaiyyətin sionist rejimin təcavüzünü dayandıra bilməməsindən narahatdır

8:35 - November 06, 2024
Xəbər sayı: 3497008
İQNA - Ayətullah Sistani Livan və Qəzza zolağında baş verən hadisələrə görə dərin kədər hissi keçirdiyini bildirib.

"Middle East News"-un verdiyi məlumata görə, Ayətullah Sistani Birləşmiş Millətlər Təşkilatının İraqa Yardım Missiyasının yeni rəhbəri “UNAMI” və BMT baş katibinin bu ölkədəki xüsusi nümayəndəsi Məhəmməd Əl-Həsəni və onu müşayiət edən nümayəndə heyətini ofisində qəbul edib.
Ayətullah Sistaninin ofisindən verilən açıqlamaya görə, UNAMI-nin yeni rəhbəri bu qurumun vəzifələri, beynəlxalq məsuliyyəti və gələcəkdə hansı rol oynayacağı barədə qısa açıqlama verib.
Ayətullah Sistani həmçinin Məhəmməd Əl-Həsəniyə vəzifəsinin icrasında uğurlar arzulayıb.
Ayətullah Sistani İraq xalqının üzləşdiyi çətinliklər və əzablara da toxunaraq deyib: "Xüsusilə İraq ziyalıları öz təcrübələrini öyrənməli və bütün maneə və uğursuzluqları aradan qaldırmaq və gözəl gələcəyə nail olmaq üçün daha çox səy göstərməlidirlər".
Bundan əlavə, o, vəzifə və öhdəliklərin qəbulunda operativlik və şəffaflıq prinsipi əsasında ölkənin idarə olunması üçün elmi, praktiki plan və proqramlar hazırlanmadan bunun mümkün olmayacağını vurğulayıb.
O, həmçinin xarici müdaxilələrin qarşısının alınması, qanunun aliliyinin yaradılması və bütün səviyyələrdə korrupsiyaya qarşı mübarizənin zəruriliyini vurğulayıb.
Bölgədəki təxribatçı vəziyyətə gəlincə, o, Livan və Qəzza zolağında mövcud vəziyyət, beynəlxalq ictimaiyyət və qurumların bu qətlləri dayandırmaması və ən azı mülki vətəndaşların uzaqlaşdırılması üçün təsirli həll yollarının təqdim edilməməsindən dərin təəssüfləndiyini bildirib.
4246317

captcha