IQNA

Əbdül-Basitin tərtillə oxuduğu qiraətin bir nüsxəsi Misir Milli Media Təşkilatının prezidentinə təqdim olunub

10:57 - December 31, 2024
Xəbər sayı: 3497348
İQNA – Əbdül-Basitin oğlu Milli Media Təşkilatının rəhbəri ilə görüşündə atasının Vərş və Nafii rəvayətində bütün Qurani-Kərimi ehtiva edən tərtil tilavətinin surətini təqdim edib.

"Əl Masry Əl-Yəvm" saytının verdiyi xəbərə görə, Əbdül-Basitin Mərakeş səfəri zamanı Vərş və Nafinin rəvayətinə əsasən etdiyi Quran tilavəti Tariq Əbdül-Basit Əbdüs-Səməd tərəfindən Milli Media Təşkilatının rəhbəri Əhməd Əl-Muselmaniyə hədiyyə edilib.

Əbdül-Basitin Quranı bu tərzdə oxuması Misirin əfsanəvi qarilərindən olan Şeyx Xəlil Əl-Husarinin qiraətindən sonra Quranın ikinci tərtil tilavətidir.

Vərşin Nafidən rəvayəti Şimali və Qərbi Afrika ölkələrində və Asiyanın bəzi yerlərində yayılmış rəvayətdir.

2025-ci ilin yanvar ayından başlayaraq Əbdül-Basitin anadan olmasının 98-ci ildönümü münasibətilə ilk dəfə olaraq Misir Quran Radiosunda Nafidən “Vərş” rəvayətində Qurani-Kərimin 3-cü qiraəti yayımlanacaq.

Şeyx Əbdül-Basit Məhəmməd Əbdüs-Səmədin (1927-1988) Quranı məlahətli səslə oxumaqda xüsusi istedadı var idi. Ona Məkkənin səsi ləqəbi verildi.

Əbdül-Basit 1984-cü ildə Misir Qarilər Birliyinin ilk prezidenti seçildi. O, Quran oxumaq üçün dünyanın bir çox ölkələrinə səfər edib.

Ustad Əbdül-Basit Əbdüs-Səməd 1988-ci ilin noyabrında şəkərli diabet və qaraciyər xəstəliyindən vəfat edib. Onun dəfnində çoxlu insan, o cümlədən İslam ölkələrinin Qahirədəki səfirləri iştirak edib.

4256843

captcha