"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, bədəvilərin hüquqlarını müdafiə edən təşkilatın vəkili Həsən Məlihat bildirib ki, mühacirlər məscidi tamamilə yandırıb, vətəndaşın traktorunu zədələyərək məhv ediblər.
Fəallar və yerli media sosial şəbəkələrdə məscidin yandırıldığını əks etdirən fotolar da yayıblar.
Hücum köçkünlər tərəfindən terror və cinayət aktı kimi qiymətləndirilib.
Bundan əvvəl işğalçı sionist mühacirlər İordan çayının qərb sahilinin şimalındakı Mərdə kəndindəki “Birrul-Valideyn” məscidini yandıraraq içəridə böyük yanğına səbəb olmuşdular.
Bildirilib ki, işğalçılar “Ərəblərə ölüm...” kimi irqçi şüarlar yazıb, məscidin divarlarına altı guşəli Davud ulduzu çəkiblər.
Köçkünlər daha əvvəl Yerixo yaxınlığındakı "Əl Məarcat" məktəbinə hücum etmiş, məktəbin şagirdlərini döymüş, direktoru və müəllimləri kəndirlə bağlamışdılar.
İşğalçı qüvvələr və onların himayəsində olan köçkün terrorçular müsəlmanların müqəddəs yerlərinə və məscidlərinə planlı hücum həyata keçirirlər.
4263462