“Əfqanıstanın səsi” saytının verdiyi xəbərə görə, bu məqsədlə Heratdakı Əllamə Səlcuq Konfrans Salonunda xəttatlıq əsərlərindən ibarət sərgi təşkil olunub.
Sərginin açılışında çıxış edən Herat Xəttatlar Dərnəyinin sədri Əbdül-Cəlil Təvana sərgidə Ustad Nəcibullah Ənvərinin ikisi Nəstəliq, Şikəstə Nəstəliq, Sülüs və Kufi xəttatlığı ilə yazılmış əsəri olmaqla 65 əsərin nümayiş etdirildiyini bildirib.
Sərgi 20 aprel bazar günü başlayıb və 23 aprel çərşənbə gününə qədər davam edəcək.
Bildirilir ki, bu sərgi xəttat əsərinin şərəfinə təşkil edilən ilk sərgidir.
Məşhur xəttat Nəcibullah Ənvəri Pakistan, İran, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Kanada kimi ölkələrdə qrup və fərdi sərgilərə qatılmış, əsərləri maraq, heyranlıq və təqdirlə qarşılanmışdır.
Ənvərini həmkarlarından fərqləndirən ən mühüm xüsusiyyət onun Əfqanıstan daxilində və xaricində böyük marağa səbəb olan “Tilavəti Ney” adlı sənət əsəridir.
Ustad Nəcibullah Ənvəri mərhum Nəsrullah Xan müəllimin sağ qalan yeganə oğludur. O, 1969-cu ildə Herat şəhərində anadan olub. Atası tanınmış pedaqoq və Heratın görkəmli adamlarından idi.
4277571