“Əl-Cəzirə” məlumat verib ki, Hollandiyanın Rotterdam şəhərindəki məscid imamları və xətibləri İsrailin Qəzza zolağına davam edən hücumlarını pisləyib.
Bununla əlaqədar olaraq fələstinlilərə qarşı soyqırımın qarşısının alınmasına çağırış məqsədilə genişmiqyaslı nümayişlər təşkil ediblər.
Etiraz aksiyası Rotterdamın cənub hissəsindəki Türk Sülh Məscidi qarşısında başlayıb. Son bir neçə gündə məscid rəhbərlərinin çağırışları əsasında əhəmiyyətli bir izdiham toplandı. Nümayişçilər məsciddən şəhərin mərkəzindəki Rotterdam meriyasına qədər yürüş ediblər.
İştirakçılar Hollandiya hökumətini İsrailə silah ixracını dayandırmağa çağırıb və Beynəlxalq Cinayət Məhkəməsinin xüsusilə müharibə cinayətlərində ittiham olunan İsrail rəsmilərinin mühakimə olunmasında tətbiq etdiyi ikili standartları pisləyiblər.
Nümayişin təşkilatçılarından biri olan Haaqa İslam məscidinin imamı Şeyx Yusif Əfkis bildirib ki, bütün dünyada insanlar öz məsuliyyətlərini qəbul etməli və Qəzzada soyqırımın qarşısını almaq üçün müdaxilə etməlidirlər.
O bildirib ki, beynəlxalq ictimaiyyətin susması bu cinayətdə şərik olmaq deməkdir.
Şeyx Yusif Əfkis etirazın Qəzzada bərpası mümkün olmayan yaralara səbəb olan dərinləşən humanitar böhrana cavab olaraq təşkil edildiyini və məqsədinin Hollandiyadakı müsəlman icmasının səsini siyasətçilərə çatdırmaq olduğunu bildirib.
Amersfort məscidinin imamı Şeyx Nurəddin Məhəmməd də çıxış edərək nümayişə dini liderlərin rəhbərlik etdiyini və iştirakçıların müxtəlif milli mənşələrdən gəldiyini vurğuladı.
O, bu nümayişlə Rotterdam şəhərindən Qəzza xalqına qarşı köçürülmə və soyqırım planlarını rədd edən güclü bir mesaj göndərmək istədiklərini izah etdi.
Şeyx Nurəddin Məhəmməd əlavə edib ki, etiraz, “Hollandiya hökumətinə və beynəlxalq ictimaiyyətə təcili tədbirlər görməyə və fələstinlilərə qarşı cinayətlərə göz yummağı dayandırmağa çağırışdır”.
4277720