IQNA

Kərbəla Beynəlxalq Quran Müsabiqəsi üçün 50 ölkədən qaliblər qeydiyyatdan keçib

2:14 - May 03, 2025
Xəbər sayı: 3498118
İQNA- Dördüncü Kərbəla Mükafatı Beynəlxalq Quran Müsabiqəsi üçün 50 ölkədən qari və hafizlər qeydiyyatdan keçib.

İmam Hüseynin (ə) hərəminin İnformasiya Mərkəzindən verilən məlumata görə, müsabiqə, İmam Hüseynin (ə) hərəminə bağlı bağlı Darul-Quran Mərkəzinin səyləri ilə Quranın qiraəti, hifzi və təfsiri olmaqla üç kateqoriya üzrə keçiriləcək.

Mərkəzin Media Ofisinin rəhbəri Vassam Nadir əl-Delfi bildirib ki, müsabiqəyə indiyədək 468 ərizə təqdim olunub ki, onlardan 263-ü hifz, 156-sı qiraət, 49-u isə təfsir kateqoriyasındadır.

Qeydiyyat mayın 1-də başa çatıb və qiymətləndirmə prosesi başlayıb.

İştirakçı ölkələr arasında 41 ərizə ilə Misir birinci, 37 iştirakçı ilə İraq, 29 nəfərlə İran, 28 nəfərlə Nigeriya və 20 nəfərlə İndoneziya üçüncü yerdə qərarlaşıb.

Əl-Delfi deyib ki, bu rəqəmlər sözügedən yarışların artan beynəlxalq tanınmasını və Kərbəla şəhərinin Quran fəaliyyətlərinin qlobal mərkəzi kimi mövqeyini əks etdirir.

O, həmçinin əlavə edib ki, qeydiyyatlar başa çatdıqdan sonra müsabiqənin ixtisaslaşmış komitələrinin fəaliyyətinə başlanacaq, bundan sonra ilkin mərhələnin ümumi nəticələri elan olunacaq və müsabiqənin yekun mərhələsi elan olunacaq.

Vassam Nadir əl-Delfi bildirmişdir ki, bu müsabiqə qardaşlıq və İslam birliyini gücləndirmək üçün Qurani-Kərim bayrağı altında təşkil edilən qlobal Quran toplantısıdır.

Dördüncü Kərbəla Beynəlxalq Quran Mükafatının final mərhələsi Qədir-Xum Bayramı (iyun ayının ortalarına) ilə eyni zamanda Kərbəlada keçiriləcək.

4279359

captcha