IQNA

Balkan Beynəlxalq Quran Müsabiqəsinin qalibləri mükafatlandırılıb

3:16 - May 14, 2025
Xəbər sayı: 3498180
İQNA – Kosovonun Priştin şəhərində keçirilən 3-cü Balkan Beynəlxalq Quran Müsabiqəsinin qalibləri Səudiyyə Ərəbistanının Dini İşlər Nazirliyi tərəfindən mükafatlandırılıb.

“Ajel.sa”-nın verdiyi məlumatına görə, Səudiyyə Ərəbistanı Diyanət İşləri İdarəsinin dəstəyi ilə təşkil olunan yarışmada müxtəlif millətlərdən olan yarışmaçılar Quran hifzi, qiraət və təcvid kateqoriyalarında yarışmaq üçün bir araya gəlib.

Mükafatlandırma mərasimində Səudiyyə Ərəbistanı, Kosovo, Albaniya və Balkan ölkələrindən diplomatlar və İslam dünyasının nümayəndələri iştirak ediblər.

Mərasimdə müsabiqənin üç illik təşkili prosesini və necə təşkil edildiyini izah edən sənədli film təqdim olunub.

Səudiyyə Ərəbistanının Albaniyadakı səfiri bildirib ki, bu hadisə İslam dünyasında xalqlar arasında mədəni əlaqələrin dərinliyini əks etdirir.

Müsabiqənin və onu müşayiət edən tədbirlərin ümumi təşkilati xərclərinin 1,2 milyon Səudiyyə riyalı olduğu bildirilib.

Müsabiqəyə Kosovo, Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, İtaliya, Türkiyə, Yunanıstan, Bolqarıstan, Çexiya, Kipr, Sloveniya, Xorvatiya, Rumıniya, Serbiya, Estoniya, Belçika, Ukrayna, Gürcüstan, Rusiya, Belarusiya və San Marinodan nümayəndələr qatılıb.

Balkanlar və Avropadan ümumilikdə 142 kişi və qadın yarışmaçının qatıldığı finalda Quranın bütün hifzi, 10 cüz, 5 cüz və 2 cüz əzbərləmək, 5 cüzdən ibarət təcvid və gözəl qiraət olmaqla beş kateqoriya üzrə yarışlar keçirilib.

Bu yarışlar bütün dünya müsəlmanlarının iştirakı ilə keçirilir və müxtəlif ölkələrdən olan müsəlmanlar Qurani-Kərimin təlimlərini yaymaq məqsədi ilə Vəhy kəlamı ətrafında toplaşırlar.

4281977

Teqlər: balkanlar ، quran ، müsabiqə ، qaliblər ، Kosovo
captcha