Sionist rejimi iyunun 13-də İrana qarşı hərtərəfli təcavüzə başlayaraq müxtəlif hərbi və nüvə obyektlərini hədəfə aldı. Bu rejim eyni zamanda bir sıra yüksək rütbəli hərbi komandirləri, nüvə alimlərini və adi mülki şəxsləri terror etdi. ABŞ da İranın mərkəzində yerləşən dinc nüvə obyektlərini hədəf almaqla bu təcavüzə qoşuldu.
İran Silahlı Qüvvələri cavab olaraq, təyin edilmiş hədəflərə dəqiqliklə çatan yeni nəsil raketlərdən istifadə etməklə işğal olunmuş əraziləri və sionistlərin hərbi və sənaye infrastrukturlarını yerlə yeksan etdilər. İran eyni zamanda Qətərdə yerləşən mühüm bir hava bazasını hədəfə almaqla ABŞ-ın təcavüzünə cavab verdi.
12 gündən sonra işğalçı rejim Vaşinqtonun təklifi ilə birtərəfli atəşkəs elan etməyə məcbur oldu.
Malayziyalı tədqiqatçı, sionist rejimin və ABŞ-ın İrana qarşı qeyri-qanuni təcavüzünə İslam ölkələrinin kifayət qədər reaksiya verməməsini tənqid edib. Malayziya İslam Təşkilatları Məsləhət Şurasının (MAPIM) rəhbəri Məhəmməd Azmi Əbdülhəmid “İQNA” ilə müsahibəsində deyib: “İslam dünyasının reaksiyası acınacaqlı dərəcədə qeyri-kafi idi. Bəzi İslam ölkələri bəyanatlar versələr və müəyyən diplomatik addımlar atsalar da, bu böhranlı məqamda İslam ölkələri arasında zəruri olan koordinasiya və qətiyyət müşahidə olunmadı.”
4292505