IQNA

Səudiyyə Ərəbistanı Quran müsabiqəsi iştirakçılarının Məkkə saat qülləsi muzeyinə ziyarəti

9:50 - August 18, 2025
Xəbər sayı: 3498709
İQNA - Səudiyyə Ərəbistanının 45-ci Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları Məkkə saat qülləsi muzeyini ziyarət ediblər.

“İQNA”-nın Səudiyyə Ərəbistanı Xəbər Agentliyinə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının 45-ci Beynəlxalq Quran Əzbər, Tilavət və Təfsir Müsabiqəsinin iştirakçıları avqustun 24-də bu ölkənin İslam İşləri, Təbliğat və İrşad Nazirliyinin təşkilatçılığı ilə Məscidül-Həramın yaxınlığında yerləşən Məkkə saat qülləsi muzeyini ziyarət ediblər.

Bu proqram, müsabiqə iştirakçıları üçün xüsusi mədəni tədbirlərin bir hissəsi olaraq həyata keçirilib və onlar muzeyin müxtəlif bölmələri və orada saxlanılan əsərlərlə yaxından tanış olublar.

128 ölkədən olan 179 nəfər iştirakçı muzeydəki əsərlərdən heyranlıqlarını ifadə edib və İslam və müsəlmanlara xidmət istiqamətində Səudiyyə Ərəbistanının göstərdiyi səylərə görə minnətdarlıqlarını bildiriblər.

Qrup həmçinin Mədinədə yerləşən Kral Fəhd Quran Çap və Nəşr Kompleksini də ziyarət edib və burada bu mərkəzin ən son texnologiyaları, nailiyyətləri və Quranın müxtəlif dillərdə çap və nəşr prosesi ilə tanış olublar.

Sonda Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyi Kral Fəhd Quran Kompleksi adından ziyarətçilərə və onların müşayiətçilərinə müxtəlif dillərdə çap olunmuş Quran nüsxələri və həmin mərkəzdə nəşr olunmuş “Asan Təfsir” kitabını hədiyyə edib.

4300347

Teqlər: ərəbistan ، quran ، müsabiqə ، məkkə
captcha