IQNA

Taylandda Quranın əzbərdən oxunması üzrə İkinci ümumölkə müsabiqəsi keçirildi

8:57 - September 14, 2025
Xəbər sayı: 3498862
İQNA - Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyinin təşəbbüsü ilə Qurani-Kərimin əzbərdən oxunması üzrə ikinci ümumölkə müsabiqəsi Taylandda təşkil olunub.

“Şahid əl-An” xəbər portalının məlumatına görə, bu yarış Tayland Şeyxülislam İdarəsi və Banqkok İslam Mədəniyyət Mərkəzinin əməkdaşlığı ilə, ölkənin hər bölgəsindən 300-dən çox qadın və kişi iştirakçının qatılımı ilə keçirilib.

Banqkokdakı “Miras” oteli yarışlara ev sahibliyi edib. Bağlanış mərasimində Tayland rəsmiləri, ərəb və islam ölkələrinin səfirləri, eləcə də bir sıra siyasi və dini şəxslər iştirak ediblər.

Müsabiqə cümə axşamı, sentyabrın 20-də başa çatıb. Tayland müsəlmanlarını Qurani-Kərimi əzbərləməyə təşviq etmək və bu sahədə rəqabət mühiti yaratmaq bu tədbirin əsas məqsədlərindən olub.

Tayland rəsmiləri bağlanış mərasimində çıxış edərək, islami fəaliyyətlərə və Quran hafizlərinə dəstəyinə görə Səudiyyə Ərəbistanına təşəkkür bildiriblər və vurğulayıblar ki, Səudiyyə Ərəbistanı islam və müsəlmanlara xidmət, həmçinin orta yolun möhkəmləndirilməsi sahəsində öncül ölkələrdəndir.

Müsabiqənin sonunda qaliblərə hədiyyə və xatirə suvenirləri təqdim olunub, iştirakçılar isə birlikdə xatirə şəkli çəkdiriblər.

4304710

captcha