“İQNA”-nın “News Room”-a istinadən verdiyi xəbərə görə, Bəni Süveyf Təhsil İdarəsinə tabe olan şəhid «Əbdüləlim Əli Musa» məktəbinin xristian direktoru Səbhi Fuad bildirib: “Yay tətili ərzində Quran hifzi proqramlarında iştirak edən hafizlər yeni tədris ilinin ikinci həftəsində bu məktəbdə keçiriləcək mərasimdə təltif olunacaqlar”.
O əlavə edib: “Bəni Süveyf Təhsil İdarəsinin baş direktoru Əhməd İzzət və digər təhsil və dini məsulların iştirakı ilə məktəbin səhər proqramında təltif gününün müəyyənləşdirilməsi üçün koordinasiyalar aparılır.
Məlumata görə, Səbhi Fuad hər zaman Misir müsəlmanları ilə xristianları arasında birgəyaşayışı və qarşılıqlı əlaqəni gücləndirmək məqsədilə Quran hafizlərinin təltif olunması mərasimlərinin keçirilməsinə çalışır və Peyğəmbərin (s) mövlud günlərində şagirdlər arasında şirniyyat paylayır.
Bundan əvvəl də Misirin Bəhrul-Əhmar vilayətinin Ğırdəqə şəhərindəki katolik kilsəsinin keşişi Yuanis Edib Həzrət Peyğəmbərin (s) mövludu münasibətilə müsəlmanlara şirniyyat paylamışdı.
Bu katolik keşiş bildirmişdi: “Bu, vahid vətənimizdə qardaşlarımız arasında həmrəylik mühitinin və qarşılıqlı məhəbbətin göstəricisidir”.
4305304