IQNA

Əlcəzairdə nəsx xətti ilə yazılmış Quran nüsxəsi təqdim olunacaq

10:41 - October 29, 2025
Xəbər sayı: 3499111
İQNA - Nəsx xətti ilə yazılmış bir Quran nüsxəsi yaxın günlərdə Əlcəzairin Tlemsen vilayətində təqdim olunacaq.

“Əl-Məsaa” xəbər verir ki, Tlemsen vilayətində nəsx xətti ilə Quranın yazılması üçün hazırlıq prosesi davam edir. Bu məqsədlə vilayətin Quran üzrə məsul şəxslərinin iştirakı ilə Quranın tərtibatı və tədəhid (bəzək və naxış) komitəsi ilə bir sıra iclaslar keçirilib.

Tlemsen valisi Quranın tərtibatında istifadə olunan İslam incəsənəti və tədəhid üslubu ilə tanış olaraq, bu işi böyük məsuliyyət adlandırıb və qeyd edib ki, bu iş yüksək diqqət, ustalıq və xəttatlıq qaydalarına ciddi riayət tələb edir, həmçinin gözəllik dəyərinin qorunmasını da şərtləndirir. Nəsx xətti hicri 3-cü əsrin əvvəllərində İbn Muqələ Şirazi tərəfindən yaradılmışdır və ilk mərhələdə kufi xətti ilə yanaşı istifadə olunurdu. Nəsx xətti, kufi xəttindən sonra Qurani-Kərimin yazılmasında geniş yayılmış xətt olmuşdur.

Əbu Zər Ğəffari məscidinə bağlı Quran məktəbi bu Quran nüsxəsinin 10 gün ərzində yenidən baxılmasını və düzəlişini həyata keçirib.

Bundan əvvəl də 2024-cü ilin sonlarında həmin məsciddə Əlcəzairin ənənəvi xətt tiplərindən olan “məbsut” xətti ilə şeyx İbrahim Əbdüssəmi Büqəndurənin yazdığı Quran nüsxəsinin yenidən baxılması və düzəlişi həyata keçirilmiş və bu Quran Əlcəzair azadlıq inqilabının 70 illiyi münasibətilə nəşr olunmuşdu.

Məscidüş-Şühəda (Şəhidlər məscidi) imamı və xətibi olan İbrahim Əbdüssəmi Büqəndurə həmçinin Qurani-Kərimi Əlcəzairdəki qədim xətt növlərindən biri olan “nəbsur” xətti ilə bütövlükdə yazmağı da bacarmışdır. Bu xətt, bir vaxtlar Əlcəzairin qədim mədrəsələrində, elmi mərkəzlərdə (zaviyələrdə) və köhnə məscidlərdə istifadə olunan Əndəlusi xəttindən qaynaqlanır.

O bildirib: “Bu mənim üçün sadəcə bir xəttatlıq layihəsi deyildi, həm də şəxsi bir çağırış və məhv olmaq təhlükəsi ilə üzləşən mədəni irsimizi dirçəltmək cəhdi idi.”

Qeyd edək ki, Peyğəmbərimizin (s) besəti dövründə ərəb xətti Həra və Ənbardan Hicaza keçmiş və o zaman iki əsas formada istifadə olunurdu: “məbsut” yaxud “yabis” adlanan sərt və bucaqlı xətt, və “məqəvvir” yaxud yumşaq və dairəvi xətt. Məbsut xətti daha çox rəsmi yazışmalarda, kitabələrdə, qəbir daşlarında, sikkələrdə və mushafların yazılmasında istifadə olunurdu. Sonralar yaranan kufi xətti də bu xüsusiyyətləri daşıyırdı.

4313101

Teqlər: quran ، əlcəzair ، nüsxə ، nəsx xətti
captcha