“İQNA”-nın “Əl-Fərat” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İraq Nazirlər Kabineti çərşənbə günü bir sıra rəsmiləri, İraq Ədliyyə Nazirliyi tərəfindən dərc olunan “Əl-Vaqai əl-İraqiyyə” qəzetində yayımlanan həmin qərara görə vəzifədən kənarlaşdırıb.
Nazirlər Kabinetinin qərarına əsasən, bu səhv səbəbindən bir sıra digər vəzifəli şəxslər də yerləri dəyişdirilərək başqa vəzifələrə təyin olunublar.
İraq Baş naziri Məhəmməd Şiya əs-Sudani başçılığı ilə keçirilən Nazirlər Kabineti iclasında ölkənin ümumi vəziyyəti və gündəlikdəki məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
İraq rəsmiləri bundan əvvəl bildirmişdilər ki, bu hadisə təsadüfən baş verib və Hizbullah ilə Ənsarullahın adı səhvən terrorçu qruplar sırasında qeyd olunub.
Komitənin 7 dekabr tarixli iclasında yayımlanan sənədə əsasən, Ənsarullah və Hizbullahın terrorçu qruplar kimi qeyd olunduğu 18-ci və 19-cu bəndlərin düzəldilməsi qərara alınıb.
4323347