IQNA

Əl-Əzhər və Misir Quran Radiosunun yeni tilavətlərin yazılması üzrə əməkdaşlığı

15:09 - January 02, 2026
Xəbər sayı: 3499518
İQNA – Əl-Əzhər İslam Mərkəzi və Misir Quran Radiosu yaxın gələcəkdə yeni tilavətlərin yazılması layihəsini həyata keçirəcək.

“İQNA”-nın “Qahirə 24” saytına istinadla verdiyi xəbərə görə, Misir Quran Radiosunun rəhbəri İsmayıl Duvaydar yaxın zamanda Milli Media Təşkilatı və Əl-Əzhərlə əməkdaşlıq çərçivəsində yeni tilavətlərin yazılacağını bildirib. 

O, “Qahirə 24”ə açıqlamasında deyib: “Biz hələ də yazıma cavabdeh şəxslərin seçilməsi mərhələsindəyik və tilavətlərin faktiki yazımına başlamamışıq.” 

Duvaydar əlavə edib: “Layihə çərçivəsində 3 yeni qiraətin yazılması nəzərdə tutulub və bununla Quran Radiosunda qiraətlərin ümumi sayı 7-yə çatacaq.” 

Misir Quran Radiosunun rəhbəri vurğulayıb: “Tilavətlər mərtəl (tartillə) formasında olacaq və onları Əl-Əzhərin qariləri təqdim edəcəklər.” 

O bildirib: “Keçən həftə Əl-Əzhərin şeyxi Əhməd ət-Tayyiblə görüşüm oldu və bu görüşdə layihənin detalları və onun mexanizmləri müzakirə edildi.” 

İsmayıl Duvaydar xatırladıb ki, bu layihə Quran Radiosunun mövqeyini qorumaq, bu radionun dini missiyasını gücləndirmək və Qurani-Kərim tilavətlərini təsdiqlənmiş ən yüksək standartlara uyğun təqdim etmək məqsədilə həyata keçirilir. 

4325947  

Teqlər: əl-əzhər ، quran ، radio ، misir ، tilavət
captcha