IQNA

Əzhər Virtual Quran Qiraəti Mərkəzinə tanınmış qiraət ustalarından böyük maraq

18:38 - May 06, 2026
Xəbər sayı: 3500286
İQNA – Əzhərin yeni fəaliyyətə başlayan Virtual Quran Qiraəti Mərkəzi Misirin tanınmış və ustad qiraətçiləri tərəfindən geniş maraq və fəal iştirakla qarşılanıb.

“İQNA”-nın “Qahirə 24”-ə istinadən verdiyi xəbərə görə, Əzhərin Qurani-Kərim İşləri üzrə baş direktoru Əbu əl-Yezid Sələmə bildirib: “Virtual Quran Qiraəti Mərkəzi elə bir rəqəmsal platformadır ki, burada ənənə və müasir texnologiya birləşir. Biz bu vasitə ilə elm axtaranlara və ictimaiyyətə ustad qiraətçilərin və alimlərin hüzurunda Quran qiraətindən faydalanmaq imkanı yaratmağa çalışırıq.”

Mərkəzin fəaliyyətinin ilk günündə Misirin Quran Yenidən Baxış Komitəsinin məsul şəxsləri və üzvləri, o cümlədən komitənin nümayəndəsi Şeyx Həsən Əbdünnəbi İraqi, komitə sədri Əbdülkərim Saleh və Əzhər Qurani-Kərim Fakültəsinin Qiraətlər şöbəsinin müdiri və komitə üzvü Bəşir Dəbs iştirak ediblər.

Proqramda Misirin adını beynəlxalq məclislərdə ucaldan və Əzhər Camiində camaata imamlıq edən Əzhər gəncləri – Məhəmməd Əhməd Həsən, əkiz qiraətçilər Həsən və Hüseyn Hüssam, eləcə də Şeyx Məhəmməd Əhməd Həsən Quran tilavət ediblər.

Mərkəzin məsulları bütün Quransevərləri və gələcək proqramlardan faydalanmaq istəyən tələbələri “https://t.me/Azhar_Quran” ünvanına daxil olaraq bu virtual platformaya qoşulmağa dəvət ediblər.

4349870

captcha