iqna

IQNA

İmam Hüseynin hərəminin (ə) Quran Beynəlxalq Təbliğ Mərkəzi Suriyanın Hələb şəhərində 30 nəfərin iştirakı ilə qadın müəllimlər üçün ilk Quran seminarının keçirildiyini açıqlayıb.
Xəbər sayı: 3491660    Nəşr tarixi : 2022/01/31

Abbasi Astanının Babil şöbəsinin Qurani-Kərim Tədris Mərkəzi Quran paketi layihəsinin beşinci dövrəsinə start verib.
Xəbər sayı: 3491659    Nəşr tarixi : 2022/01/31

Qurani-Kərimin təfsiri və elmi sahəsində Fələstinin aparıcı alim və mütəfəkkirlərindən biri Şeyx Salah Əbdül-Fəttah Əl-Xalidi 74 yaşında vəfat edib. Onun bəzi əsərləri fars dilinə tərcümə edilib.
Xəbər sayı: 3491658    Nəşr tarixi : 2022/01/31

Müqəddəs Ələvi Astanının Darul-Quranı İraq Şiə Vəqf İdarəsinin nümayəndə heyətinin iştirakı ilə İffət həftəsi münasibətilə Quran məclisi keçirib.
Xəbər sayı: 3491656    Nəşr tarixi : 2022/01/30

Misirli qiraətçi Şeyx Məhəmməd Həsən Əbdül Əzim Həsən Almaniyada Ramazan gecələrini qeyd etmək üçün Misir Vəqflər Nazirliyi tərəfindən Almaniyaya göndəriləcək.
Xəbər sayı: 3491652    Nəşr tarixi : 2022/01/30

Əl-Əzhər İslam Mərkəzi 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisində korlar üçün "Brayl" Quranının sınaq nüsxəsinin çap edildiyini bildirib.
Xəbər sayı: 3491650    Nəşr tarixi : 2022/01/29

"Ümmü Əbiha" Beynəlxalq Virtual Quran Müsabiqəsi İran, İraq, Səudiyyə Ərəbistanı və Livandan olan bütün Quran hafizlərindən 63 qadının iştirakı ilə keçirilir.
Xəbər sayı: 3491649    Nəşr tarixi : 2022/01/29

Bəhreynin "İqrə" Quran Elmləri Birliyi ölkənin şimalındakı "Ali" şəhərində "Tuba" Quran Qülləsinin tikintisinə başlayıb.
Xəbər sayı: 3491648    Nəşr tarixi : 2022/01/29

"İqrə" peyk şəbəkəsi "Fövqəladə səfirlər" adlı veriliş hazırlayaraq misirli qarilərin həyat hekayəsini sevənləri üçün yayımlayır.
Xəbər sayı: 3491642    Nəşr tarixi : 2022/01/28

İndoneziyanın paytaxtı Cakartada Mardika meydanında yerləşən İstiqlal məscidi Cənub-Şərqi Asiyanın ən böyük məscididir. Minarədən tutmuş sütunlara və divarların bəzəyinə qədər bu məscidin dizaynındakı Quran rəmzləri ziyarətçilərin gözünü qamaşdırır.
Xəbər sayı: 3491641    Nəşr tarixi : 2022/01/27

Misir Vəqflər Nazirliyi, nazirliyin nəzarəti altında Quranın seçilmiş təfsirinin yunan dilinə tərcümə edildiyini bildirib.
Xəbər sayı: 3491640    Nəşr tarixi : 2022/01/27

Həzrət Abbasın (ə) müqəddəs hərəminin Qadın Dini Rəhbərliyinin Quran Bölməsi Qurani-Kərimi əzbərləməyə kömək etmək məqsədi ilə "Təratilun-Nur" adlı unikal Quran proqramının dizayn və təqdimatını elan edib.
Xəbər sayı: 3491639    Nəşr tarixi : 2022/01/27

Səudiyyə Ərəbistanı İslam İşləri, Təbliğat və İrşad Nazirliyi tərəfindən Məscidül-həramda Qurani-Kərimin hifzi, qiraəti və təfsiri üzrə 42-ci Beynəlxalq Kral Əbdüləziz müsabiqəsi keçiriləcək.
Xəbər sayı: 3491637    Nəşr tarixi : 2022/01/27

Professor Muhəmməd Qureyş Şəhab Quran ayələrinin gündəlik həyat ehtiyaclarına cavab verən şəkildə əzbərlənməsinin, eləcə də ayələrin ardıcıllıqla əzbərlənməsinin vacibliyini vurğulayıb.
Xəbər sayı: 3491630    Nəşr tarixi : 2022/01/26

İraq Şiə Vəqf Məhkəməsinə bağlı Milli Quran Elmləri Mərkəzi ölkənin Samirra şəhərində İmamların (ə) hərəmi yaxınlığında Milli Quran mütəxəssislərinin 13-cü yarışını keçirməyi planlaşdırır.
Xəbər sayı: 3491629    Nəşr tarixi : 2022/01/26

Misirin məşhur qarisi Şeyx Seyyid Əhməd İsa qida zəhərlənməsi və ya qazdan zəhərlənmə nəticəsində şübhəli bir hadisədə həyat yoldaşı və oğlu ilə birlikdə ölüb.
Xəbər sayı: 3491628    Nəşr tarixi : 2022/01/25

Misirli yazıçı və qəzet köşə yazarı Yusif Amir məqaləsində yazıb: "Bugünkü cəmiyyətdə Əl-Əzhərin ümumi və xas insanların asanlıqla başa düşə biləcəyi sadə və səlis təfsiri nəşr etməsi zəruridir. Bu təfsirdə islami mötədilliyi göstərməlidir.
Xəbər sayı: 3491627    Nəşr tarixi : 2022/01/25

Qəzza zolağında yaşayan bir çox fələstinli qadın bir emalatxanada Fələstin irsinə aid dizaynlarla işlənmiş Quranların üz qabığını hazırlayır və onları Məscidül-Əqsa Müshəfı ilə birlikdə dünyaya ixrac edir.
Xəbər sayı: 3491626    Nəşr tarixi : 2022/01/25

Türkiyə Diyanət Təşkilatının rəhbəri Quranı əzbərləmək üçün 200 minə yaxın icazə aldığını, həmçinin ölkədə Quran əzbəri kurslarına qatılan 80 min nəfərin olduğunu açıqlayıb.
Xəbər sayı: 3491624    Nəşr tarixi : 2022/01/25

İraqın Süleymaniyyə vilayətində, İranla sərhəddə yaxın bir kənddə 700 illik Quran bir kənd sakini tərəfindən saxlanılır. Kənd camaatı xeyir-dua və çətinliklərini həll etmək kimi müxtəlif işlərə görə onun yanına gəlirlər.
Xəbər sayı: 3491625    Nəşr tarixi : 2022/01/25