IQNA

10:52 - August 18, 2026
Xəbər sayı: 3500981

Yəməndə 13-cü "Peyğəmbəri Əzəm (s)" festivalının keçirilməsi

İQNA – Yəmənin "İmam Hadi (ə) Mədəniyyət Fondu"nun təşəbbüsü ilə keçirilən 13-cü "Peyğəmbəri Əzəm (s)" bədii və mədəni yaradıcılıq festivalı dünən, avqustun 16-da bu ölkənin paytaxtı Sənada öz işinə başlayıb.

"İQNA"nın "Səba Net"ə istinadən verdiyi məlumata görə, Maliyyə naziri Əbdülcabbar Əhməd, İnformasiya nazirinin müavini Ömər əl-Buxeyti və Mədəniyyət və Turizm nazirinin müavini Abdullah əl-Vəşlinin iştirakı ilə keçirilən açılış mərasimində "Allahın nuru" adlı tamaşa nümayiş etdirilib. Bu tamaşa İslamdan əvvəlki dövrdə hökm sürən zülmət səhnələrini canlandırıb və göstərib ki, böyük Peyğəmbər insanları zülmətdən nura hidayət etmək, bütlərə və yonulmuş heykəllərə sitayişdən uzaqlaşıb "Həyy və Qəyyum" (diri və əbədi) Allaha ibadətə çağırmaq üçün necə məbus olub.

Tamaşada İslam Peyğəmbərinin (s) həyatından əsas dərslər və hadisələr, o cümlədən onun komandanlığı altında həyata keçirilən bir sıra hərbi yürüşlər - xüsusilə Ühüd və Xəndək döyüşləri, Xeybərin fəthi və nəhayət, möminlər üçün misli görünməmiş bir zəfər olan Məkkənin fəthi əks etdirilib.

Yəmənin bir qrup teatr və incəsənət ulduzlarının, həmçinin "İnşad" (vokal ifaçılıq) qruplarının iştirakı ilə səhnəyə qoyulan bu sənət nümunəsində vokal bölmələri Rəsulullahın (s) həyatının həlledici anlarının dramatik rekonstruksiyası ilə birləşdirilib: Peyğəmbərin mübarizələri və möminlərin onun dəvətinə cavab verməsindən tutmuş, Qureyşin ilahi risaləti erkən mərhələdə boğmaq üçün göstərdiyi aramsız zülmə qədər.

Festivalın açılış mərasimində Yəmənin "Ənsarullah" hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husinin Allahın Peyğəmbərinin (s) əzəməti, onun mövqeyi və nailiyyətləri, habelə Peyğəmbərin (s) ilahi mesajı dünyaya ən az xərclə çatdırmaqda qazandığı uğurlar haqqındakı çıxışlarından hissələr səsləndirilib.

Yəmənin "Peyğəmbəri Əzəm (s)" festivalı son 12 ildə yaradıcı insanlar üçün "Yaradılışın Sərvəri"nə olan səmimi sevgi və sədaqətlərini müxtəlif yaradıcılıq sahələrində ifadə etmək üçün bir platforma olub.

Bu il festival özünün 13-cü dövrünü keçirərək, rəqabət və yüksək zərifliklə dolu seçilmiş tədbirlərlə yenidən səhnəyə qayıdır; bu tədbirlər Rəsulullaha (s) olan sevgi və ehtiramdan qaynaqlanan mənəvi bir atmosferlə doludur.

4370200

captcha