IQNA

15:13 - August 19, 2026
Xəbər sayı: 3500994

Ugandanın keçmiş nazirinin üç oğlunun İslamı qəbul etməsi

İQNA – Uqandada keçmiş nazir və baş prokurorun müavini Moisqva Rokatananın ailəsinin hekayəsi diqqət çəkir. Onun üç oğlu protestant ailədə böyümələrinə baxmayaraq, İslam dinini qəbul ediblər. Ata onların dini seçiminə hörmətlə yanaşmış və hətta rəsmi İslam liderləri ilə birlikdə oğullarından birinin toyunda iştirak etmişdir.

Bu çərçivədə, Uqandanın Baş Müftisi Şeyx Dr. Şaban Ramazan Mbacinin təmsilçisi kimi, Uqandanın ikinci müfti müavini Şeyx Hafiz Məhəmməd Harun Bukenya, Moisqva Rokatananın oğlu İrşad Rokatananın Ayşə Aryahimbisva ilə keçirilən toy mərasimində iştirak edib.

Mərasim 2026-cı il, 14 avqust şənbə günü Kampaladakı Qəddafi Milli Məscidində keçirilib.

Moisqva Rokatana bildirib ki, İrşad ailənin güclü protestant keçmişinə baxmayaraq İslamı qəbul edən üçüncü övladıdır. O, övladlarına yetkinlik yaşına çatdıqdan sonra öz dini yollarını seçmələri üçün sərbəstlik verdiyini qeyd edib.

Baş müfti müavininin paytaxt Kampalanın ən görkəmli məscidlərindən birində keçirilən bu mərasimdə iştirakı hadisəyə xüsusi əhəmiyyət qazandırıb.

Toy mərasimi məscidin imamı Şeyx Əbdülvahid Rəşid Nikalubu tərəfindən icra edilib. Uqanda Ali İslam Şurasının Baş Assambleyasının üzvü Adam Simuqabi Buşini İslam bölgəsi və gəlinin ailəsi adından mərasimə şahidlik edib.

4370350

Teqlər: Uganda ، afrika ، toy ، müsəlman ، İslam
captcha