İQNA – 30 avqust 2026-cı il tarixində Misirdəki Əl-Əzhər İslam Mərkəzinin təşəbbüsü ilə "Ümumdünya Quranı Əzbərdən Tilavət Günü" keçiriləcək.
"İQNA"nın "Sədyul-Bələd"ə istinadən verdiyi məlumata görə, Əl-Əzhər avqustun 30-da bir gün ərzində bütün Quranın və ya onun müəyyən hissələrinin tilavət edilməsi məqsədilə bu günün qeyd olunması üçün tədbirlər təşkil edir.
Bu tədbir illik bir təşəbbüs olub, keçən dövrdə Misirdən 100 mindən çox, xaricdən isə minlərlə insanın iştirakı ilə reallaşıb.
Əl-Əzhərə bağlı Quranın hifzi mərkəzləri, dövlət qurumları, Əl-Əzhər Məzunlarının Ümumdünya Təşkilatı, Misir İslam Araşdırmaları Akademiyası, Əl-Əzhər Universiteti və Məktəbəqədər Təhsil Baş İdarəsi, eləcə də dünyanın hər yerindən müəssisələr, mərkəzlər və fərdlər bu günün proqramlarında iştirak edirlər.
Bu hadisə sadəcə birgünlük Quran tilavəti deyil, həm də hifzin möhkəmliyini, ayələri xatırlamaq gücünü və fasiləsiz tilavət bacarığını ölçmək üçün praktiki bir sınaqdır. Bu, hər bir iştirakçıya Quran sahəsindəki səylərinin bəhrəsini görmək və ayələrin hifzi ilə təkrarı mərhələsindən ustalığa çatmaq fürsəti verir.
Tədbir iki hissədən ibarətdir: Hafizin bütün Quranı əzbərdən bir gün ərzində Quran müəlliminə və ya dostuna tilavət etdiyi "Tam tilavət" və iştirakçılara Quranın bacardıqları istənilən hissəsini tilavət etməyə imkan verən "Qismən tilavət". Bu metodik yanaşma daimi məşq və təkrarlar vasitəsilə iştirakçıları Quranın tam tilavətinə nail olmağa hazırlayır.
Oxu və yüksəl şüarı Ümumdünya Quran Tilavəti Gününün əsas devizi olub, Quranı həyat yolunda özləri ilə bərabər aparan hər kəsə bir mesajdır.
4370203