İQNA – Bu günlərdə sosial media istifadəçilərinin diqqətini indoneziyalı prodüser Ferli Həlimin kino sahəsindəki uğurlarından daha çox, onun İranla bağlı filmlərə və iranlıların şəhid liderin şücaətinə baxışına verdiyi emosional reaksiya cəlb edib.
“İQNA”, İranın İndoneziyadakı Mədəniyyət Müşavirliyinin multimedia bölməsinə istinadən xəbər verir ki, fəaliyyətinə aktyorluq və modelliklə başlayan indoneziyalı incəsənət xadimi Ferli Həlim, hazırda İndoneziyanın müstəqil kinosunda rejissor və prodüser kimi yeni parlayan simalardan birinə çevrilib; bu günlərdə iranlı qadınların və qızların reaksiyalarını izləyərkən dərin hisslər keçirən bir sima.
"Langit Pictures Indonesia" şirkətinin təsisçilərindən və rəhbərlərindən biri olan Həlim, bu kollektiv vasitəsilə bir neçə kino layihəsinin istehsalı və inkişafında iştirak edib və son illərdə diqqətini əsasən kamera arxası fəaliyyətlərə yönəldib.
Həlim prodüserlikdən əlavə, "Menyerah" filmində kamera qarşısına da keçib; lakin onun son zamanlardakı ən önəmli peşəkar təcrübəsi 2026-cı ildə İndoneziya kinoteatrlarında nümayiş olunan "Takkankubiarkan Kau Menangis" filminin rejissorluğu və prodüserliyidir. Bu əsər onun tammetrajlı bədii film rejissoru kimi ilk təcrübəsi hesab olunur.
O, həmçinin "Jogja-NETPAC Asian Film Festival (JAFF)" kimi peşəkar tədbirlərdə fəal iştirak edib və yeni layihələrini bu festivallarda təqdim edib.
Şəhid liderin itkisi qarşısında iranlı qadın və qızların ağlamasına emosional reaksiya
Bu günlərdə Ferli Həlimin diqqət mərkəzində olmasına səbəb olan məqam onun kino uğurlarından daha çox, İranla bağlı filmlərə və iranlıların şəhid liderin şücaətinə münasibətinə verdiyi emosional reaksiyadır.
Onun dediyinə görə, iranlı qızların və qadınların şəhid liderin yoxluğu ilə bağlı hisslərini ifadə etdikləri və bu hisslərin Həzrət Ayətullah Xameneinin (qüddisə sirruhu) əmmaməsini əllərində tutaraq nümayiş olunduğu filmi izləmək bu indoneziyalı prodüserin və kinorejissorun duyğularını kövrəldir. Həlim İranın İndoneziyadakı mədəniyyət müşaviri Yəhya Cahangirini etiketlədiyi "Instagram" səhifəsində yazıb: "Bilmirəm niyə [bu səhnələri görəndə] qeyri-ixtiyari ağlayıram."
Ferli Həlim hazırda aktyor kimi tanınmaqdan daha çox, müstəqil bir kino istehsalı şirkətinin rəhbəri, kinorejissor və prodüser kimi fəaliyyət göstərir və İndoneziya kino sənayesinin yeni nəslinin yüksələn simalarından biri sayılır.
4370493