quran - Səhifə 9

IQNA

İQNA – Misir qiraətçiləri Quranı melodik şəkildə tilavət etmələri, ərəb musiqi məqamlarından istifadə etmələri və musiqi biliklərindən yararlanaraq Quranı ən gözəl formada, dinləyiciyə rahatlıq və zövq bəxş edəcək şəkildə oxumaları ilə məşhurdurlar.
Xəbər sayı: 3501044   Nəşr tarixi : 2026/08/26

İQNA – Misirin Vəqflər Nazirliyinin təşəbbüsü ilə ölkədə televiziya formatında keçirilən “Dövlətül-Tilavət” adlı Qurani-Kərim müsabiqəsinin ikinci mərhələsi təşkil olunacaq.
Xəbər sayı: 3501042   Nəşr tarixi : 2026/08/25

Höccətül-İslam Hacı Əbulqasım bildirib:
İQNA – Quranı tam əzbər bilən bir hafiz, 10 milyon Quran hafizinin yetişdirilməsi tələbinin gerçəkləşməsinin genişmiqyaslı və milli bir hərəkat tələb etdiyini vurğulayaraq deyib: "Bu məsuliyyəti yalnız Quran müəssisələrinin və ya xalq təşkilatlarının üzərinə qoymaq olmaz. İranın bütün potensialları xeyriyyəçilərdən və Quran mərkəzlərindən tutmuş mədəniyyət qurumlarına və qərar qəbul edən orqanlara qədər hər kəs bu hədəfə çatmaq üçün işə başlamalıdır".
Xəbər sayı: 3501041   Nəşr tarixi : 2026/08/25

İQNA – Tanınmış səudiyyəli xəttat, Quran və vəhy ayələrinin Kəbə örtüyü üzərindəki katibi Ayed bin Məhəmməd Ali-Ubeyd Səudiyyə Ərəbistanının Əbha şəhərindəki Məhəmməd Əl-Həmid ədəbi salonunda keçirilən mərasimdə təltif edilib.
Xəbər sayı: 3501039   Nəşr tarixi : 2026/08/25

İQNA – Misirli xəttat ustadı altı nüsxə Quranı əllə yazdığını bildirib.
Xəbər sayı: 3501035   Nəşr tarixi : 2026/08/25

İQNA – Əlcəzairin Dini İşlər və Vəqflər Naziri paytaxt Əlcəzairdə keçirilən mərasimdə Səudiyyə Ərəbistanında keçirilən 46-cı Beynəlxalq Quran müsabiqəsində yüksək yerlər tutmuş ölkə nümayəndələrini təltif edib.
Xəbər sayı: 3501017   Nəşr tarixi : 2026/08/23

İQNA – Malayziyalı bir universitet ustadı Quran dəyərlərinin gündəlik həyatda praktik rəhbərə çevrilməsinin vacibliyini vurğulayıb.
Xəbər sayı: 3501008   Nəşr tarixi : 2026/08/22

İQNA – Allah buyurur ki, qorxu səni iflic etməsin, qeyri-müəyyənlik səni ümidsizliyə salmasın. Mən hər şeyi bilir, hər şeyi Öz hikmətimlə idarə edirəm. Sənin görmədiyini Mən görürəm, bilmədiyini Mən bilirəm. Buna görə də Mənə güvənən heç vaxt həqiqi mənada tək qalmaz.
Xəbər sayı: 3501007   Nəşr tarixi : 2026/08/21

İQNA – Misirli əlyazma eksperti görmə qabiliyyəti məhdud olan insanların Quranın yazılışındakı Kufi xəttinin gözəlliklərini daha yaxşı dərk etmələri üçün yeni bir üsul kəşf edib.
Xəbər sayı: 3501001   Nəşr tarixi : 2026/08/20

İQNA – Mədinə şəhərindəki "Kral Fəhd" adına Quran Çapı Kompleksi bir gündə 10 min 558 nəfəri qəbul edərək, bu kompleksə edilən ən yüksək gündəlik ziyarət sayını qeydə alıb.
Xəbər sayı: 3501000   Nəşr tarixi : 2026/08/20

İQNA – Cavad Nəsiri Əvənki, İranın Tələbə Quran Təşkilatının və “İQNA”-nın media, təhsil, tədqiqat və studiya imkanlarını təsvir edərək, bu iki qurumun Qurani-Kərim sahəsində fəaliyyət göstərən virtual fəallara xidmət göstərməyə hazır olduğunu bildirdi və dedi: "Quranın əzbərlənməsi sahəsində ən zəruri məsələ, auditoriyanın cəlb edilməsi və Quranın əzbərlənməsinin inkişafı üçün yeni nəslin tələblərinə uyğun olaraq üsulların yenidən nəzərdən keçirilməsidir."
Xəbər sayı: 3500999   Nəşr tarixi : 2026/08/20

İQNA – İmam Rzanın (ə) müqəddəs ziyarətgahının qarisi Məsud Pəncənin “Mülk” surəsinin 1–8-ci ayələrindən etdiyi tilavətinin audio yazısı “İQNA”-nın oxucularına təqdim olunur.
Xəbər sayı: 3500990   Nəşr tarixi : 2026/08/18

Vəhy mesajı
İQNA – “Elə isə səbir et! Həqiqətən, Allahın vədi haqdır.” فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ (Ğafir surəsi, 55-ci ayə)
Xəbər sayı: 3500989   Nəşr tarixi : 2026/08/18

İQNA – Səudiyyə Ərəbistanında keçirilən “Kral Əbdüləziz” 46-cı Beynəlxalq Quranı Əzbərləmə, Tilavət və Təfsir Müsabiqəsinin kişi və qadın iştirakçıları Mədinədə yerləşən “Kral Fəhd” Quran Çap Kompleksinə baş çəkiblər.
Xəbər sayı: 3500988   Nəşr tarixi : 2026/08/18

İQNA – 30 avqust 2026-cı il tarixində Misirdəki Əl-Əzhər İslam Mərkəzinin təşəbbüsü ilə "Ümumdünya Quranı Əzbərdən Tilavət Günü" keçiriləcək.
Xəbər sayı: 3500985   Nəşr tarixi : 2026/08/18

Milli Quranın Hifzi İdarəetmə Qərargahının katibi:
İQNA – Məhəmməd Mehdi Bəhrülülum 2025-cü il ərzində Quranın hifzi sahəsindəki bəzi göstəricilərin əvvəlki illə müqayisədə 2,7 dəfədən çox artdığını bildirərək elan edib: "10 milyon Quran hafizinin yetişdirilməsi hədəfi, hafizlərin məlumatlarının milli kod (şəxsiyyət vəsiqəsi nömrəsi) əsasında sistemləşdirilməsi və Milli Hifz Sənədindəki 115 tədbirin yenidən müəyyən edilməsi bu qərargahın 2026-cı il üçün proqramlarının bir hissəsidir."
Xəbər sayı: 3500983   Nəşr tarixi : 2026/08/18

İQNA – İstanbul Beynəlxalq Ərəb Kitab Sərgisinin rəsmiləri bu tədbirin ilk günü çərçivəsində "Dünya Qurani-Kərim Forumu"nun təsis edildiyini elan ediblər.
Xəbər sayı: 3500979   Nəşr tarixi : 2026/08/17

İQNA – Tunisin Xarici İşlər, Miqrasiya və Xaricdəki Tunislilər Nazirliyi bəyanat yayaraq, Quranın təhqir edilməsinə qarşı çıxdığını bildirib və bu cür hərəkətləri ekstremizm və terrorizmin alovlandırılması kimi qiymətləndirib.
Xəbər sayı: 3500978   Nəşr tarixi : 2026/08/17

İQNA – Mərakeşin paytaxtı Rabatda Qurani-Kərimin hifzi, tərtili, təcvidi və təfsiri üzrə Kral VI Məhəmməd Beynəlxalq Mükafatı müsabiqəsinin 20-ci buraxılışı çərçivəsində keçirilən tədbirlər avqustun 13-də, cümə axşamı başa çatıb.
Xəbər sayı: 3500965   Nəşr tarixi : 2026/08/15

İQNA – Beynəlxalq dərəcəli qari Hamed Şakirnejad sosial şəbəkələrdə paylaşdığı yazı ilə bütün Quranın studiya tilavəti layihəsinin başa çatdığını elan edib.
Xəbər sayı: 3500964   Nəşr tarixi : 2026/08/15