IQNA

12:48 - August 20, 2026
Xəbər sayı: 3501000

Mədinədəki Quran Çapı Kompleksində ən yüksək gündəlik ziyarət rekordu qeydə alınıb

İQNA – Mədinə şəhərindəki "Kral Fəhd" adına Quran Çapı Kompleksi bir gündə 10 min 558 nəfəri qəbul edərək, bu kompleksə edilən ən yüksək gündəlik ziyarət sayını qeydə alıb.

“İQNA”-nın "Əl-Yəvm"ə istinadən verdiyi məlumata görə, bu kompleks cari ilin 30 Səfər 1448-ci il (13 avqust) tarixində dünyanın müxtəlif ölkələrindən gəlmiş 10 min 558 qadın və kişi zəvvarı qəbul edərək, öz tarixində ən yüksək gündəlik ziyarətçi sayını qeydə alıb.

Zəvvarlar ziyarət əsnasında Quranın müxtəlif nəşrləri və onun mənalarının 80-dən çox dilə tərcüməsi ilə, həmçinin kompleksin Quran tərcümələrinin müxtəlif dillərdə çapı, nəşri və müsəlmanlar arasında yayılması istiqamətindəki səyləri ilə yaxından tanış olublar.

Ziyarətçilər, həmçinin kompleksin iş sistemi və burada istifadə olunan müasir texnologiyalar, o cümlədən Qurana və onun tərcümələrinə çıxışı təmin edən elektron platformalar və xidmətlər, eləcə də rəqəmsal Quran məzmunu və audio kitabxana ilə tanış ediliblər.

Mədinədə yerləşən Kral Fəhd Quran Çapı Kompleksi 30 oktyabr 1984-cü ildə açılıb və təxminən dörd onillik fəaliyyətdən sonra bu gün dünyanın ən böyük Quran çapı mərkəzinə çevrilib.

Bu kompleks Səudiyyə Ərəbistanındakı ən mühüm müasir mədəni və dini mərkəzlərdən biridir ki, Quran nüsxələrinin müxtəlif qiraətlərlə çapı və bütün dünyada, xüsusilə də İslam ölkələrində yayılmasında mühüm rol oynayır.

4370402

Teqlər: mədinə ، quran ، çap ، ziyarət ، rekord
captcha