İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misir çapı olan "əl-mal" qəzetinə istinadən verdiyi xəbərə görə "Beytullah-əl-Həram"ın (Allah evinin / Kəbənin) ziyarətçiləri olan hacılar Həcc əməllərini yerinə yetirərək dünəndən (17 oktyabr) etibarən Ərəbistanı tərk edərək ölkələrinə dönməyə başlayıblar.
Qəzetin yazdığına görə bu ilin Həcc mövsümündə təqribən 1 milyon 400 min nədər hacı dünyanın müxtəlif ölkələrindən Həcc ayinlərini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gəlmiş və Kəbəni ziyarət etmişlər.
Hacıların bəziləri "vida təfavı" etdikdən sonra və bəziləri Minada "cəmərə daşlaması" (şeytana daş atma mərasimi) əməlindən sonra Məkkədən ayrılmış və ölkələrinə yola düşmüşlər.
Ərəbistan rəsmiləri hacıların təhlükəsizliyini qorumaq üçün 100 min polis məmuru işə cəlb etmişdir. Bu il Həcc mərasimi zamanı yolxucu xəstəlik yayılmamış və mühüm bir hadisə baş verməmişdir.
1304142