IQNA

Məhərrəm ayında İraq hərbi bölmələrinin hazırlıq səviyyəsi artırılıb

13:14 - June 16, 2026
Xəbər sayı: 3500556
İQNA – Bağdad Əməliyyat Komandanlığı bütün hərbi bölmələrin döyüş hazırlığının artırılması və Məhərrəm ayı ərzində qabaqlayıcı əməliyyatların davam etdirilməsi barədə göstəriş verib.

“İQNA”-nın "əl-Furat News"-a istinadən verdiyi məlumata görə, Bağdad Əməliyyat Komandanlığının rəhbəri Vəlid Xəlifə ət-Təmimi bütün hərbi bölmələrin döyüş hazırlığının səviyyəsinin yüksəldilməsi və Məhərrəm ayı ərzində qabaqlayıcı əməliyyatların davam etdirilməsi ilə bağlı əmr verib.

Bağdad Əməliyyat Komandanlığının bəyanatında bildirilir ki, ət-Təmimi Məhərrəm ayının təhlükəsizlik və xidmət planı, Ərbəin ziyarəti, eləcə də Aşura günləri və gecələrinin tədbirlərinin icra mexanizmini araşdırmaq üçün keçirilən konfransa sədrlik edib.

Ət-Təmimi bölmələrin döyüş hazırlığının artırılmasına, qanun pozucularının, mütəşəkkil cinayətkar qrupların və cəmiyyətin sülhünə zərər vuran şəxslərin izlənilməsi üçün kəşfiyyat-axtarış tədbirlərinin və silahlı müşahidə əməliyyatlarının davam etdirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Bağdad Əməliyyat Komandanlığı vətəndaşların təhlükəsizliyi və sağlamlığı ilə oynanılmasının qarşısını almaq, eləcə də dini ayinlərin keçirilməsinə maneə törədilməməsi məqsədilə sayıqlığın artırılmasını, kəşfiyyat fəaliyyətlərinin gücləndirilməsini və məlumat mübadiləsini əmr edib.

O, həmçinin Məhərrəm ayı və Ərbəin ziyarəti üçün təhlükəsizlik planının icrası zamanı hər hansı ad altında silahlı təzahürlərin qarşısının alınmasını və yolların bağlanmamasını tapşırıb.

Ət-Təmimi iaşə və ya tibbi xidmət mənbələrinin yoxlanılmasının vacibliyinə işarə edərək, təhlükəsizlik və təhlükəsizlik tədbirlərinin nəzərdən keçirilməsi üçün bütün dövlət idarələri, təşkilatlar və İmam Hüseyn (ə) mokibləri arasında yüksək səviyyəli koordinasiya yaradılmasını tələb edib.

4358360

captcha