IQNA

Arizona valisinə İslamofob qanun layihəsini ləğv etməklə bağlı çağırış

13:06 - June 16, 2026
Xəbər sayı: 3500555
İQNA – Arizonada "şəriət qanunları"nın tətbiqini qadağan etməyə çalışan qanun layihəsi müsəlmanları müdafiə edən bir qrup tərəfindən kəskin tənqidlə üzləşib.

“İQNA”-nın "Cair.com"-a istinadən verdiyi məlumata görə, Amerika-İslam Münasibətləri Şurasının (CAIR) Arizona şöbəsi bildirib ki, Arizona qanunverici orqanı tərəfindən qəbul edilmiş və hədəfə "şəriət qanunları"nı alan bu nifrət dolu qanun layihəsi yanlış məlumatlara və qərəzə əsaslanır. Bu qanun Arizona müsəlmanlarına qarşı düşmənçiliyin artmasına səbəb olacaq.

CAIR-Arizona, vali Keti Hobbsdan bu qanuna veto qoymağı tələb edib. Qurum xəbərdarlıq edib ki, bu qanun Arizona müsəlmanlarını gözdən salır, dini azadlıqları zəiflədir və ştat hökumətinin siyasi məqsədlər üçün dini azlıq icmasını hədəfə götürmək istədiyinə dair yanlış mesaj göndərir.

Bu qanun, ABŞ məhkəmələrinin dini hüquq sistemləri ilə əvəzlənməsinə və ya "şəriət"in Arizona sakinləri və ya ABŞ konstitusiyası üçün təhdid olduğuna dair heç bir dəlil olmadığı halda qəbul edilib.

CAIR-in Arizona üzrə icraçı direktoru Əzzə Əbusif verdiyi bəyanatda deyib: "Bu qanun konstitusiyanı və ya Arizona ailələrini qorumaqla bağlı deyil. Bu, qorxu yaratmaq və İslam və müsəlmanlar haqqındakı köhnə miflərdən siyasi maraqlar üçün sui-istifadə etmək haqqındadır. "Şəriət qanunları"nın yanlış karikaturasını qabartmaqla və bütün dini ənənəni təhdid kimi təqdim etməklə, qanunvericilər müsəlmanlara qarşı qərəzi legitimləşdirir və belə bir mesaj verirlər ki, Arizona müsəlmanları öz qonşularından daha az dəyərlidirlər".

O əlavə edib: "Bu kimi addımlar vakuumda baş vermir. Onlar müsəlmanlara qarşı ayrı-seçkilik, təqib və hətta zorakılığın daha çox ehtimal olunduğu bir mühitin yaranmasına kömək edir. Arizonanın seçilmiş rəsmiləri bir dini azlığı gözdən salan qanunları irəli sürmək əvəzinə, icmaları birləşdirmək və konstitusiya əsaslı dini azadlığı müdafiə etmək üçün çalışmalıdırlar".

O, davam edib: "Biz vali Hobbsdan bu təfriqəçi və lazımsız qanun layihəsini rədd etməyi və veto qoymağı tələb edirik. Arizona dini azadlığı, qanun qarşısında bərabərliyi və heç bir icmanın öz inancına görə siyasi hücuma məruz qalmamalı olması prinsipini müdafiə etməlidir".

O, Vaşinqtonda yerləşən bu təşkilatın son vətəndaş hüquqları hesabatında 2025-ci ildə 8683 islamofob qərəz şikayətinin qeydə alındığını xatırladıb ki, bu da 1996-cı ildən bəri qeydə alınan ən yüksək rəqəmdir.

Ötən ay CAIR, Nümayəndələr Palatasının Məhkəmə Alt Komitəsinin "şəriət qanunları" ilə bağlı dinləmələri zamanı Amerika müsəlmanlarını və konstitusiya əsaslı dini azadlığı müdafiə edən demokrat konqresmenləri təqdir etmişdi. CAIR həmçinin respublikaçı üzvləri və şahidləri ölkə daxilində müsəlmanlara qarşı nifrət hadisələrinin artdığı bir vaxtda islamofob qorxu yaratdıqlarına və təhlükəli gözdən salma taktikalarından istifadə etdiklərinə görə qınamışdı.

CAIR daha əvvəl bu iclası təşkil edən və "şəriətsiz Amerika cəmiyyəti" adlanan qrupu, iclasda iştirak edən bir çox üzvün ibadət azadlığının qadağan edilməsini, müsəlmanların ABŞ-dan çıxarılmasını və ya əsas müsəlman təşkilatlarının hədəfə alınmasını açıq şəkildə tələb etməsindən sonra islamofob nifrət qrupu kimi tanıtmışdı.

4358342

captcha