“İQNA”-nın “Cidar Bağdad” xəbər saytına istinadən verdiyi xəbərə görə, Məhərrəm ayının yaxınlaşması ilə əlaqədar İmam Hüseyn (ə) Müqəddəs Hərəmi, o Həzrətin hərəminin günbəzinin bayrağının dəyişdirilmə mərasiminin tarixini elan etdi.
İmam Hüseyn (ə) müqəddəs hərəmi bildirdi ki, Seyyidüş-Şühəda İmam Hüseyn (ə) hərəminin günbəzinin bayrağının dəyişdirilmə mərasimi 2026-cı il iyun ayının 16-sı, çərşənbə axşamı günü, məğrib namazından sonra hərəmin həyətində keçiriləcək.
Müqəddəs hərəmin baş katibliyi təsdiqlədi ki, bayrağın dəyişdirilmə mərasimi İmam Hüseynin (ə) qiyamının anım mərasimlərinin və Məhərrəmul-həram ayının gəlişinin başlanğıcıdır.
4358237