İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Səudiyyə Ərəbistanı çapı olan “Əl-Vətən” qəzetinin rəsmi saytına istinadən verdiyi xəbərə görə Məhəmməd Riyal Əs-Seylani deyib: Allah evinin ziyarətçiləri bundan sonra Qurani-Kərimin nüsxələrinin on iki dildə tərcüməsini əldə edə biləcəklər.
“Müshəf və Kitablar” idarəsinin rəisinin dediyinə görə hacılar Qurani-Kərimin tərcümələrini Ordu, Fəransəvi, İndoneziya, Fransıs, Türk, Çin, Sumali, Molbari, İspan, Bosni, Alban və Husa dillərində də oxuya biləcəklər.
Məkkədə “Məscidul-Həram”ın yeni internet saytının açılış mərasimində iştirak edən Məhəmməd Riyal Əs-Seylani deyib: Bundan əlavə Quranın “bril” əlifbası ilə yazılmış nüsxələrinin də sayı çoxaldılıb.
O, əlavə edib: Qarşıdan gələn Ömrə Həcc mövsümündə “Məlik Fəhəd” Birliyinin çapı olmayan Quran nüsxələri Məscidul-Həramdan yığışdırılacaq.
1350149