İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misir çapı olan “əl-yəvmus-sabe” qəzetinə istinadən verdiyi xəbərə görə Misirin Vəqflər Nazirinin müavini Şeyx Məhəmməd Əbdurrəzzaq xəbər verib ki, Qahirənin “Seyyidə Zeynəb” regionunun İmam Hüseyn (ə) məscidinin kitabxanasında “Osman bin Əffan müshəfi” adı ilə qədim əlyazma Quran nüsxəsi saxlanılır.
O əlavə edib: Bu nəfis tarixi əsərin əsl yeri Rəsul-Hüseyn məscid idi, lakin əhmiyyət və dəyərinə görə təhükəsiz yedə saxlanılması lazım idi.
Bir qədər qabaq da İmam Hüseyn (ə) məscidinin idarə heyəti Misrin Dini İşlər Nazirliyindən məscidin kitabxanasınıda təmir işləri aparmaq və onun qiymətli və nadir tarixi əsərlərinin başqa yerə köçürməsini istəmişdi.
İmam Hüseyn (ə) məscidi hicri-qəməri tarizxi ilə 553-cü ildə Fatimilərin Misirdə hakimiyyət etdiyi zaman tikilib. Bu məscidin içində İmam Hüseynin (ə) mübarək başının dəfn olunduğu ehtimal olunan məkan vardır ki, üstündə zərih qoyulub və ziyarətgahdır.