IQNA

Seyid Həsən Nəsrullah:

Təkfirçi terrorizim, sionist cərəyanı kimi bütün regionu təhdid edir / Fələstin məsələsinin unudlması haqqında xəbərdarlıq

10:38 - February 18, 2014
Xəbər sayı: 1376619
Beynəlxalq qrup: Livan İslami Müqavimət Hərəkatının (Hizbullah) baş katibi Seyid Həsən Nəsrullah çıxışında vurğuladı: “Təkfirçi terrorizim, sionist cərayanı kimi bütün regionu təhdid edir. Bu təkfirçi terrorizim cərəyanı silahlı qruplaşmalar şəkilində bəzi region ölkələrində nüfuz ediblər”.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-mənar” peyk kanalının rəsmi saytına istinadən verdiyi xəbərə görə Livan İslami Müqavimət Hərəkatının (Hizbullah) baş katibi Seyid Həsən Nəsrullah, dünən gecə (16 fevral 2014) “əl-mənar” peyk TV kanalı ilə canlı yayımlanan “Livan İslami Müqavimətinin şəhid zabitlərinin anım mərasimi”ndəki çıxışında dedi:
“”Hizbullah”ın arzusu budur ki, bir gün Livan Milli Ordusu bu ölkəni müdafiə edən yeganə qüc olsun.
“Hizbullah” Livan milli ordusunu düşmənlər ilə üzləşə bilməsi üçün ən qabaqcıl texnologiya ilə təchiz etməyə israrlıdır.
Amerika və İsrail istəyir ki, Fələstin məsələsi ərəb və İslam ölkələri tərəfindən unudulsun. İsrail Livandakı çəkişmə və parçalanmanı və Suriyadakı savaşı “müqavimət”i məhv etmək üçün ən yaxşı fürsət sayır. Çünki İsrail “müqavimət”i öz arzularının həyata keçməsi üçün ən ciddi xətər və təhlükə sayır. Düşmən yaxşı bilir ki, Hizbullah Suriyada verdiyi şəhidlər bahasına daha da qüvvətlənmişdir.
İsrail hələ də Livanın torpaq və neftinə göz dikmişdir və çalışır əlinə düşən fürsətlərdən Livan ilə yeni müharibə başlamaq üçün istifadə etsin”.
Livan Hizbullahının baş katibi sionist rejimin Livana qarşı xətərinə işarə edərək, belə qeyd edib: Təəssüflər olsun ki, bir çoxları belə zənn edirlər ki, İsrail rejiminin Livana hücumu məsələsində əsas problem, fələstinlilərin Livanda olmaları olub, lakin Fələstin Azadlıq Təşkilatı və Fələstin Müqavimətinin Livandan çıxmalarından sonra sionist rejim bu ölkədə qalıb, bir çox cinayətlər törədərək, Livanın cənubunda da sionist qəsəbələr salmağa hazırlaşırdı”.
Livan Hizbullahının baş katibi müqavimətin qabiliyyətlərinə işarə edib, sionist rejimə üzünü tutaraq, deyib: Düşmən bilməlidir ki, onun qorxduğu Hizbullahın bütün qabiliyyətləri hələ də yerində qalır və inkişaf etməkdədir.
Hizbullahın baş katibi təkid etdi: “Təkfirçi terroristlər də sionistlər kimi region ölkələri üçün ciddi təhlükədirlər. Livan da təkfirçilərin hədəfindədir. Bu mövzu da İsrailin regionu təcziyə etmək üçün hazırladığı proqramın tərkib hissəsidir”. 
Livan Hizbullahının baş katibi sionist rejimi Livan və Fələstin üçün bir xətər adlandırıb və deyib ki, bütün islam ölkələri bu gün öz ölkələrinin işləri ilə məşğuldurlar və İsrail rejimi təhlükəsini unudublar.
Livan Hizbullahının baş katibi çıxışının davamında Suriya barədə də danışıb: “Ərəbistan Suriya əleyhinə olan bütün cəbhələrdə müharibə aparmaqdadır, lakin bu gün Ərriyad başçıları dərk ediblər ki, bu gənclərin Ərəbistana geri dönmələrindən sonra bir faciə baş verəcək”.

1375962

captcha