IQNA

İşğqal olunmuş Fələstin torpaqlarında azan verilməsi qadağan edildi

14:15 - February 19, 2014
Xəbər sayı: 1377308
Beynəlxalq qrup: İnsan Haqları təşkilatının Fələstin İşləri üzrə idarəsi xəbər yayaraq bildirib ki, işğalçı sionist rejimi işğal etdikləri ərazilərdə və zindanlarda azan verilməsini qadağan ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Palestine-info” saytına istinadən verdiyi xəbərə görə İnsan Haqları təşkilatının Fələstin İşləri üzrə idarəsi xəbər yayaraq bildirib ki, işğalçı sionist rejimi işğal etdikləri ərazilərdə və “Pətx Kiyva” regionu zindanlarında azan verilməsini qadağan ediblər.
Sionistlərin bu addımı fələstinli əsirlərin nifrətinə və əsəbiləşməsinə səbəb olmuşdur. Fələstinli məhbusların bəzilərinin dediklərinə görə həbsxana məsulları məhbusları təhdid edərək deyiblər ki, əgər bir də azan verərlərsə onların əl və ayaqları gecə və gündüz bağlı qandallanacaq.
Fələstində yerləşən bəzi İnsan Hüquqları təşkilatları dünya ictimaiyyətindən istədilər ki, fələstinlilərə, xüsusilə də əsirlərə olunan zülmə qarşı sakit dayanmasınlar və ən tez bir zamanda bu addıma qarşı etiraz bildirsinlər.
Qeyd edək ki, bu yaxınlarda Heyfa şəhərinin şəhər icra başçısının müavini də bu şəhərdə Azan deyilməsini qadağan etmişdi ki, fələstinlilərin etirazları ilə üzləşmişdi.

1376688

captcha