İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "slabnews" xəbər agentliyinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə Livan "Hizbullah" (İslami Müqavimət Hərəkatı) təşkilatının baş katibi Seyid Həsən Nəsrullah "əs-səfir" qəzetinə müsahibəsində Sionistlərin Suriyadakı dəyişikliklərdən nigəran olduğunu və onların Bəşar Əsədə İran və Hizbullah ilə rabitəsini qırma təklifinə işarə edərək deyib: Bizim fikirimizcə bu gün Suriyada ən mühüm məsələ döyüşün və müharibənin dayandırılmasıdır, biz bu ölkənin parçalanması təhlükəsi mərhələsini atlatdıq".
O vurğulayıb: Suriya hökümətinin çökmə təhlükəsi sona çatıb, biz parçalanma təhlükəsindən də keçmişik və hərbi variant da uğursuzluqla nəticələnib".
Seyid Həsən Nəsrullah xatırladıb ki, "Suriya müharibəsində məqsəd demokratiyanı, ədaləti həyata keçirmək və ya fəsadla mübarizə aparmaq deyil, əksinə məqsəd bu ölkənin mövqelərini dəyişməkdir. Bu məsələ Bəşər Əsədin dəfələrlə ciddi təkiliflər almasından bəlli olur. Bəşər Əsədə təklif olunan müddəalar İran və müqavimət hərəkatları ilə diplomatik əlaqələrini kəsməkdən və İsraillə tam şəkildə sazişə girməkdən ibarət idi. Bu halda artıq heç bir problem qalmayacaqdı. Bəşər Əsəd bu məsələlərlə müxalif oldu və hələ də öz mövqeyindədir."
Seyid Həsən Nəsrullah bildirib ki, "Suriya hadisələri İsrail rejiminin 2006-cı ildə məğlubiyyətindən sonra ən önəmli variantlarındandır. İşğalçı rejim istəyir ki, bu yolla müqavimətin mərkəzinə zərbə vursun, lakin Suriyadakı dəyişikliklər sionistlərin nigarançılığının artmasına səbəb olub."
Livan "Hizbullah"ının baş katibi Suriyada terror partlayışlarının sayının azaldığını bildirərək deyib: “Biz öz tərəfdarlarımızla Suriyada olduğumuza görə problem yaşamırıq və əvvəldə naməlum mövqedə olan bir qrup da hazırda bizimlə həmfikirdirlər. “14 mart” tərəfdarları bizim Suriyada olduğumuzu təsdiqləyir və təkfirçi terrorçular qarşısında Livanı dəstəkləmək istəyirlər.”
Seyid Həsən Nəsrullah mart ayında Şaba əkin sahələrində sionist rejiminin patrulunu hədəfə alan bomba barədə bildirib ki, ""Hizbullah" bu günə kimi onun məsuliyyətini öz üzərinə götürməmişdi, lakin mən israrla bildirirəm ki, bu bomba müqavimətin işi idi. Bu hərəkət sionistlərin Canta məntəqəsində müqavimətin mövqelərindən birinə hücum etməsinə cavabın bir hissəsi idi. İsrail rejimi bu mesaji yaxşı anlayır, burda mövzu qarşıdurma üsulu deyil, əksinə mövzu İsrailin hücumlarının qarşısını almaq xarakteri daşıyır."
Livan "Hizbullah"ının lideri deyib: “Bizim nəzərimizə əsasən Suriyada ən önəmli məsələ müharibənin sona çatmasıdır və inanıram ki, biz parçalanma təhlükəsindən keçmişik. Bir çox ərəb ölkələri gizli şəkildə Suriya ilə əlaqədədir və deyirlər ki, biz səninləyik müqavimət et! Mən bəzi ərəb dövlətlərini tanıyıram ki, üzdə müxaliflərlədirlər, lakin gizli şəkildə Suriyadan sürətlə işləri sona çatdırmasını istəyirlər."