İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "elmoudjahid" xəbər saytına istinadən verdiyi xəbərə görə Aprel ayının 28-də Əlcəzairdə "Adrar" şəhər İnsan və İslam elmləri universitetinin təşəbbüsü ilə"Quran-Kərim təfisirində müasirlik" beynəlxalq toplantısına başladı.
Bu iki günlük toplantıda bir çox İslam və Avropa ölkələrinin ixtisas sahibləri iştirak edirlər.
Toplantıda dünya universitetlərində "təfsir elm"inə aid ixtisasların gücləndirilməsi, müxtəlif təfsir üslublarının imtiyaz və fərqlənmələri və s... müzakirə olunacaqdır.
Həmçinin Quran təfsirindən mütaliə, Quran lüğəti, elmi təfsirin necəliyi, yeni təfsirlər yazmaq üçün yeni elmi qaydalar hazırlanması haqqına yazılan məqalələr qiraət edildi.
Bu iki günlük toplantıda İslam Alimləri Beynəlxalq Birliyinin üzvləri, Mərakeş, Tunis, Fransa, Belçika və başqa ölkələrin nümayəndələri iştiral ediblər.