IQNA

Britaniya müsəlman alimləri şiə və sünni qardaşlığını gücləndirməyə israr edirlər

11:26 - July 07, 2014
Xəbər sayı: 1426771
Beynəlxalq qrup: Britaniyanın yüzlərlə şiə və sünni alimləri ismarıc yayaraq bu ölkənin müsəlman vətəndaşlarından istəyiblər ki, Suriya və İraqa getməsinlər və terrorist qruplaşmalara qoşulmasınlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "lorientlejour" xəbər saytına istinadən verdiyi xəbərə görə iyun ayının 4-də Ramazan ayının birinci Cüməsi münasibətilə Britaniyanın yüzlərlə şiə və sünni alimləri ismarıc yayaraq bu ölkənin müsəlman vətəndaşlarından istəyiblər ki, Suriya və İraqa getməsinlər və terrorist qruplaşmalara qoşulmasınlar.
Bu ismarıcda deyilir: "Biz sünni və şiələr hamımız Britaniyada müsəlman qardaşlarıq. Həmçinin bu ölkədə yaşayan bir vətəndaş olaraq da qardaş sayılırıq. Bizim bu qardaşlığı müsəlmanların birliyinə və əlaqələrimizin möhkəmlənməyinə səbəb olmalıdır.
Biz Britaniyanın müsəlman vətəndaşlarından istəyirik ki, müharibə nəticəsində qaçqım düşmüş Suriya və İraq vətəndaşlarına daha çox humanitar yardımların göstərilməsində ciddi çalışsınlar. Amma bu yardım məsələsi burada Britaniyanın özündə və terroristlərin tələlərinə düşmədən və insanları təhlükəyə məruz qoymadan yerinə yetirilməlidir".
Britaniya alimləri bu ismarıcın sonunda terroristlərin İraq və Suriyada "İslam cihadı" adına törətdikləri cinayətlərini məhkum edərək vətəndaşlardan istəyiblər ki, terroristlərə qoşulmasınlar.
Bu ismarıc "imamonline" internet saytında yayımlanmışdır.

1425601

captcha