Türkiyənin Sakarya Universitetinin sosiologiya üzrə professoru Məsud İnan İQNA İran Quran xəbər agentliyi ilə söhbətində bildirib ki, Qurani-Kərimin ən əsas dua-ayəsi “Həmd” surəsindədir. Professor “Ayətəl-kürsi”ni də mühüm dua ünvanında yada salıb. Məsud İnan müsəlmanın gizlində öz müsəlman qardaşına duasının ən tez qəbul olan dua olduğunu qeyd edib. Alimin nəzərincə, Quranda duaların eşidildiyi deyildikdə onların yerinə yetməsi yox, məhz eşidilməsi nəzərdə tutulur.
600873