IQNA

Danimarka məscidlərdən azan verilməsi ilə razılaşdı

12:25 - August 26, 2010
Xəbər sayı: 1981681
Beynəlxalq sektor: Danimarka dövlət rəsmiləri ölkə ərazisində məscidlərdən azan yayımlanması ilə razılaşıb və səsgücləndiricilərdən azan verilməsinə qarşı iddialar rədd edilib.
İQNA İran Quran İslam İnformasiya agentliyi Türkiyənin Zaman qəzetinə istinadən xəbər verir ki, Danimarka Ekologiya müəssisəsi azanın mühitə təsirini araşdırıb və bu ilahi dəyərin zərərli olması ilə bağlı iddiaları rədd edib. Danimarkada antiislam yönlü təşkilatlar Ekologiya müəssisəsindən tələb edirdilər ki, ibadətgahların tikintisinə icazə verməzdən öncə azan verilməməsi ilə bağlı öhdəlik alınsın. Hazırda Danimarkada 300 mindən artıq müsəlman yaşayır və dini icmalar qanunlıar çərçivəsində dini vəzifələrini yerinə yetirirlər.

641585
captcha