IQNA

İmam Rza (ə) mövlud bayram şənlikləri Fransada təşkil olunacaq

11:31 - October 13, 2010
Xəbər sayı: 2012045
Beynəlxalq şöbə: İmamət və vilayət günəşinin səkkizincisi həzrət İmam Əli bin Musa Əl-Rza (ə) mövlud günü bayram şənlikləri oktyabrın 18-də Fransanın paytaxtı Parisdə keçiriləcək.
İQNA Quran agentliyinin “beytolzahra-paris” saytına istinadən məlumatına əsasən, bu şənlik İran İslam Respublikasının Parisdəki səfirliyi, tələbələr ,Fransada yaşayan İranlılar digər müsəlmanların iştirakı ilə Beytul-Zəhra hüseyniyyəsində təşkil olunacaq.
Şənlik Qurani – Kərimin oxunması ilə şam və işa namazlarından sonar başlayacaq. Şənlikdə İmam Rza (ə)-ın həyatı və şəxsiyyəti ilə bağlı çıxışlar oluancaq. İmam Rza (ə) –ın vəsfində dini mahnılar və şerlər səslənəcək. 673493
captcha