İQNA Quran agentliyinin məlumatına əsasən, bu kitabda islam dünyasının fikir sahiblərinin və araşdırmaçılarının məqalələri və mərhum Məhəmməd Hüseyn Fəzlullahın fikirləri toplanıb.
Kitabın birinci fəslində İraqdan olan araşdırmaçı Cabir Möhsin Əlivi Əllammə Fəzlullahın həyatı (doğumundan ölümünə kimi) haqda məqalə dərc edib.
İkinci fəsildə "Əllamə Fəzlullahın yanında ctihad" adlı yazı dərc olunb. Bu yazı Əllamə Fəzlullahın oğlu Cəfər Fəzlullah tərəfindən toplanıb. Bu yazıda Əllamə Fəzlullahın ictihad qaydalarının xüsusiyyətləri araşdırılıb.
Üçüncü fəsildə "Əllamə Fəzlullahın təfsir qaydası" adı ilədir. Bu fəsil İraqlı araşdırmaçı Məhəmməd Əl-Hüseyni tərəfindən yazılıb. Bu fəsildə Fəzullahın Quranın təfsirində istifadə etdiyi qaydalar araşdırılıb.
Dördüncü fəsildə Suriyalı araşdırmaçı Nəbil Əli Saleh Əllamə Fəzlullahın islami təfəkkürdə müasir qaydalar araşdırılıb. Bu fəsildə Fəzlullahın islam və qərb, mərcəiyyət, müasir dini dialoq, islami oyanış, azadlıq, islam tarixi, elm və əxlaq arasında əlaqələr haqqında fikirlərini bəyan edilir.
Kitabda həmçinin Əllamə Fəzlullahın İran İslam İnqilabı, müqavimət hərkatə və mücahidlərin sionist rejimə qarşı mübarizəsi haqda mövqeləri toplanıb.
684565