IQNA

İranın Camiətul-Mustafa (s) universiteti Sarayevo Universiteti ilə əməkdaşlıq sazişi imzalayıb

0:04 - February 08, 2011
Xəbər sayı: 2077161
İncəsənət və mədəniyyət şöbəsi: Camiətul-Mustafa (s) universitetinin nümayəndə heyəti Bosniya Herzeqovinaya səfər edib. Səfər zamanı iki universitet rəhbərliyi arasında görüş keçirilib və əməkdaşlıq sazişi imzalanıb.
İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumatına əsasən, Sarayevo Universitetinin rektoru Faruq Çaklavitsa və Camiətul-Mustafa (s) universitetinin rektoru Əlirza Ərafi əməkdaşlıq sazişini Sarayevoda imzalayıblar.
Əməkdaşlıq sazişində iki universitetə arasında əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim heyətlərinin mübadiləsi, kitab mübadiləsi, konfrans və müştərək tədbirlərin təşkil olunması kimi məsələlər göstərilib.
Qeyd edək ki, bundan öncə də İranın Pəyam Nur universiteti ilə Sarayevo universiteti əməkdaşlıq sazişi imzalayıb. İranın Bosniya Herzeqovinadakı mədəniyyət mərkəzi iki ölkə arasında mədəniyyə əlaqələrinin inkişafına çoxlu səylər göstərir. 743431
captcha