Beynəlxalq şöbə: Fransanın Ulis şəhərində bir qrup müsəlman bu şəhərdə məscid tikməyə icazə verilməməsinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlamışdı ki, ötən gün məscidin tikintisinə icazə verilməklə onlar da aksiyanı dayandırıblar.
İQNA Quran agentliyini “AFP” agentliyinə istinadən məlumatına əsasən, Ulis şəhər meriyası şəhərdə məscid tikməyə icazə verməyib, bundan sonra bir qrup müsəlman şəhər meryasının qarşısında aclıq aksiyasına başlayıb və məscidin icazə məsələsinə yenidən baxılmasını tələb ediblər.
Bu hadisədən sonra Ulis şəhər meryası ötən gün bəyanat yayaraq müsəlmanlar üçün məscidin tikintisinə icazə verdiyini və müsəlmanlar qarşısında götürdüyü bütün öhdəliklərin yerinə yetirəcəyini açıqlayıb.
Əl-Əndiles İslami Birliyinin sədri Əbdməbi Məsudi jurnalistlərə açıqlamasına şəhər meriyasının bu addımın müsbət dəyərləndirib və deyib ki, Ulis şəhər meriyası ilə əldə olunmuş razılaşmaya əsasən, məscidin tikintisi üçün bri il bundan öncə izavə verilməli idi, hazırda məscidin tikintisi bir il gecikdirilib. 777559