IQNA

Ukraynada məscidlərin sayı 50 faiz artıb

21:48 - May 10, 2011
Xəbər sayı: 2120170
Siyasi və ictimai şöbə: Ukraynada məscidlərin sayı ötən üç il ərzində öncəki illərə nisbətən 50 faiz artıb.
İQNA Quran agentliyinin “islam.ru” saytına istinadən məlumatına əsasən, Ukraynanın Xerson əyalətində məscidlərin sayının artması daha çox müşahidə olunur.
Rəsmi statistikalara görə, hazırda Ukraynaın müxtəlif əyalətlərində müsəlmanlar üçün 81 xüsusi dini məkan fəaliyyət göstərir. Bundan başqa 238 məscid və dini mərkəz Krım Muxtar Respublikasına fəaliyyət göstərir.

Qeyd edək ki, son üç il ərzində Krımda dörd yeni İslami Mərkəz fəaliyyət üçün qeydiyyatdan keçib. Xerson əyalətindən 2008-ci ilin yanvar ayının əvvəlinə kimi 29 İslami mərkəz var idisə son üç ildə bu rəqəm 61 mərkəzə qədər artıb. 789320
captcha